Natrium sulfit

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Natrium sulfit
Molekulyar modelin şəkli
Ümumi
Sistematik adı Natrium sulfit
Kimyəvi formulu Na2SO3
Molyar kütlə 126,037 q/mol
Fiziki xassələri
Sıxlıq 2,63 q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi 33,4 °S
Təsnifatı
CAS-da qeyd. nöm. 7757-83-7
PubChem
RTECS WE2150000
ChEBI 86477
ChemSpider

Natrium sulfit Na2SO3 – natrium və sulfit turşusunun duzudur. Rəngsiz kristal maddədir.

Natrium karbonatın məhlulunun kükürd(IV) oksidlə reaksiyasından:

  • Na2CO3+SO2 → Na2SO3+ CO2

Natriumhidrosulfit məhlulunu NaOH məhlulu ilə neytrallaşdırmaqla:

  • NaHSO3+ NaOH → Na2SO3 + H2O

[1] Natrium hidroksidin kükürd(IV) oksidlə reaksiyasından :

  • 2NaOH +SO2 → Na2SO3 + H2O

Natrium sulfit güclü reduksiyaedicidir. Adi temperaturda su məhlulundan Na2SO3∙7H2O kristalhidrat şəklində ayrılır.

  1. Natrium sulfitin məhlulu havanın oksigeni ilə asanlıqla oksidləşir:
  • 2Na2SO3+ O2 → 2Na2SO4

2. Natrium sulfit məhlulunu kükürdlə qızdırdıqda natrium tiosulfat alınır:

  • Na2SO3+ S → Na2S2O3

Natrium sulfitin sulfat turşusu ilə reaksiyası kükürd(IV)oksidin alınması üçün istifadə olunur:

  • Na2SO3 + H2SO4 → SO2+Na2SO4+ H2O Natrium sulfiti qızdırdıqda disproporsiya reaksiyası nəticəsində sulfid və sulfat alınır:
  • 4 Na2SO3t Na2S + 3Na2SO4
Natrium sulfit
Ümumi
Kimyəvi formulu Na₂SO₃[2]
Molyar kütlə 0 kq[2]
Fiziki xassələri
Sıxlıq 2,63 q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi > 500 °C[3]
Təsnifatı
CAS-da qeyd. nöm. 7757-83-7
PubChem
RTECS WE2150000
ChEBI 86477
ChemSpider

[4] Natrium sulfit pestisidlərin istehsalında, tərkibində xrom olan axar suların zərərsizləşdirilməsində, ağardılmış parçadan xlorun artığının çıxarılmasında, əlvan metal filizləri üçün flotoreagent kimi, həmçinin kinofoto sənayesində geniş tətbiq olunur.

  1. Ə. B. Əliyev. Qeyri-üzvi kimya. Bakı 2007. s.180
  2. 1 2 SODIUM SULFITE (ing.).
  3. SODIUM SULFITE.
  4. V. M. Abbasov, A. M. Məhərrəmov, M. M. Babanlı, M. A. Babanlı, A. M. Tağıyev. Qeyri-üzvi kimya. Bakı 2001.s 141–142