Okulokardial refleks

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Okulokardial refleks ( Aşner refleksi) — göz almasının massajı zamanı[1] xoşagəlməz hal kimi meydana çıxa bilər. Refleks göz almasına barmaq vasitəsilə möhkəm sıxarkən meydana çıxır[2]. Cavab reaksiyası sinir sisteminin simpatik və parasimpatik şöbələrinin fərdi uzlaşmasından asılıdır. Göz almasının sıxılmasına yönəlmiş qüvvə nə qədər artıq və intensiv olarsa, ekzaltasiya fazası bir o qədər aydın təzahür edər, həmçinin növbəti ifrat effekt fazası bir o qədər gec başlayar. İnsanların 62 %-də parasimpatik şöbə funksional daha davamlı olduğundan, adətən refleks zamanı ürək ritminin ləngiməsi (bir dəqiqədə 4-8 döyüntü) və arterial təzyiqin aşağı düşməsi müşahidə edilir. [3] Bu refleks yeni doğulan körpələr üçün xarakterikdir. Bunu uşaqların oftalmocərrahiyyəsi zamanı, xüsusən də çəpgözlüyün korreksiyası zamanı nəzərə almaq lazımdır.[4] Bu refleksin nəticəsi bradikariya, qeyri-sinusial ritm, asistologiya və nadir hallarda isə ölüm ola bilər.[5]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. əməliyyatdan əvvəl göz daxili təzyiqin aşağı salınması məqsədi ilə həyata keçirilən və ya, antiqlaukomatoz əməliyyatdan sonra qeyri peşəkar səviyyədə həyata keçirilən göz almasının massajı
  2. reseptor aparatın qıcıq qapısından yuxarı həddə qıcıqlandırılması
  3. http://admo.org.az/site/?name=content&lang=1&smenu=289&content=194[ölü keçid]
  4. Kim H, Kim S, Kim C, Yum M. "Prediction of the oculocardiac reflex from pre-operative linear and nonlinear heart rate dynamics in children". Anaesthesia. 55 (9). 2000: 847–52. doi:10.1046/j.1365-2044.2000.01158.x. PMID 10947746.
  5. Smith R. "Death and the oculocardiac reflex". Can J Anaesth. 41 (8). 1994: 760. doi:10.1007/BF03015643. PMID 7923532.