Plagiat

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Plagiat (fr. plagiat lat. plagium — oğurlamaq) — elm və incəsənətdə digər müəllifin yaradıcılığının, ideyasının şüurlu surətdə mənimsənilməsi.

Plagiatlıq bu digər şəxsə məxsus əsərin (elmi, ədəbi, musiqi), ixtiranın və ya səmərələşdirici təklifin mənbəyinə istinad etmədən öz adı altında tamamilə və ya qismən istifadə edilməsi deməkdir.

Elmi tədqiqatlarda plagiatlıq

[redaktə | mənbəni redaktə et]

Plagiatlıq prosesi və bu prosesin tərkib hissələrinə, eləcə də plagiatlığa qarşı mübarizə üsullarına həsr edilmiş çoxlu işlər mövcuddur. Əksər işlərdə plagiatlıq mətn tipli mənbələrdə rast gəlinən bu və yaxud digər təzahür formasına görə növlərə ayrılır:

  • Mətni köçürmə "olduğu kimi", "dırnaq işarəsi olmadan və mənbəyə istinad etmədən
  • istinad edilməyən mənbədən mətnin elementlərinin (cümlələrin, sözlərin) ardıcıllığını dəyişməklə istifadə edilməsi
  • istinad edilməyən mənbədən müəyyən elementin (əsas frazanın, söz birləşməsinin) mənimsənilməsi
  • istinad etmədən frazaları dəyişməklə
  • istinad etmədən məlumatın adı və məlum informasiya kimi verilməsi
  • ideyanın istinad etmədən, hardansa eşitdiyi kimi verilməsi
  • özünün və ya digərinin əvvəlki işlərini istinad vermədən yeni ideya kimi verilməsi
  • haqqı ödənilməklə öz işində digərinin ideyalarından istinad etmədən istifadə edilməsi
  • istinad etmədən mənbələrdəki ideyaların proqram təminatından istifadə etməklə və yaxud onlayn tərcümə vasitəsilə mənimsənilməsi
  • haqqı ödənilməklə digərinin işini bilavasita və ya tərcümə etdirməklə mənimsənilməsi

Plagiatlıq anlayışının məqsəddən asılı olaraq da növlərə ayırmaq olar:

  • birbaşa plagiatlıq — mətnin eyni ilə, dəyişiklik etmədən köçürülməsi
  • sərbəst plagiatlıq — öz işlərinə istinad etmədən istifadə etmək
  • mozaik plagiatlıq — müəyyən hissəsini dəyişməklə sinonimlərdən istifadə etməklə
  • təsadüfi plagiatlıq — bilmədən və ya digər sahələrdə məlum olan, lakin tədqiqat sahəsində yeni olan ideyaların qeyri-qanuni mənimsənilməsidir.
  • R. Əliquliyev, N. Ağayev, R. Alıquliyev. Plagiatlıqla mübarizə yolları. Bakı: İnformasiya texnologiyaları, 2015, 165 s.