Prizren sancağı
Prizren sancağı (türk. Prizren Sancağı, alb. Sanxhaku i Prizrenit, serb. Призренски санџак) ― Osmanlı imperiyasının sancaqlarından biri. İnzibati mərkəzi Prizren şəhəri idi. Əsası 1455-ci ildə, Osmanlının Serbiya despotluğunu işğal etdikdən həmən sonra qoyulmuş.[1] Serbiyanın digər ərazilər isə 1459-cu ildə, Smederevonun süqutundan sonra işğal edilmişdir. Bölgədə aşğıdakı sancaqlar yaradılmışdır: Vuçitrn sacağı, Kruşevas sancağı və Smederev sancağı. Birinci Balkan müharibəsi zamanı (1912) Prizren sancağı Serbiya və Monteneqro krallığı tərəfindən nəzarətə götürüldü. London Sülh Müqaviləsinə (1913) əsasən Prizren sancağı Serbiya və Monteneqro arasında bölüşdürüldü.
Ümumi məlumat
[redaktə | mənbəni redaktə et]Osmanlı İmperiyası mənbələrinə əsasən 1571-ci ildə Prizren sancağının tərkibinə beş nahiyə daxil idi:[2] Prizren, Hoca, Jejna, Trqovitşe və Bixor. Prizren sancağının əsas hissəsi indi Kosovo (Prizren və Hoca) və Serbiya (Jejna və Novi-Pazar şəhərinin cənub-şərq hissəsi) ərazisidir. Kiçik bir ərazi isə Monteneqroya (Bixor və Trqovişte) məxsusdur.
1867-ci ildə Prizren sancağı Dibrin və Skadar sancaqları ilə birləşdirildi. Yeni yaranan bölgə Şkoder vilayəti adlandırıldı. 1871-ci ildə Prizren sancağı yeni yaradılmış Prizren vilayətinə qatıldı.[3][4] Daha sonra (1877) Prizren vilayəti və Prizren sancağı Kosovo vilayəti adı altında birləşdirildi. Prizren isə Kosovo vilayətinin inzibati mərkəzi elan edildi.[5]
Niş və Pitotski sancaqları Vrane ilə birlikdə Kosovo vilayətindən ayrıldılar və Serbiya knyazlığının bir hissəsi oldular. Bütün bunlar 1878-ci ildə olmuş Berlin konqressinin nəticəsi idi. Berlin konqressinin qərarına baxmayaraq bu bölgə de-fakto Osmanlı İmperyasının inzibati ərazisi idi.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Katić, Tatjana, Tibor Živković (redaktor), Опширни попис призренског санџака из 1571. године (Detailed register of the prizren sancak from 1571.) (Serbian), Belgrade: Istorijski Institut, 2010, ISBN 978-86-7743-081-8, OCLC 712374230године (Detailed register of the prizren sancak from 1571.) (in Serbian), Belgrade: Istorijski Institut, ISBN 978-86-7743-081-8, OCLC 712374230
- Yücel Yigit, Prizren Sancağı'nın Idarî Yapısı (1864–1912) // History Studies (Turkish), 2/1, 2010
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Zbornik za narodni život i običaje, Volume 40. Jugoslavenska akademija znanosti i umjetnosti — «Neposredno posle zauzimanja (1455. godine) Prizren je postao sedište prizrenskog sandžaka».
- ↑ Katić, Tatjana, Tibor Živković (redaktor), Опширни попис призренског санџака из 1571. године (Detailed register of the prizren sancak from 1571.) (Serbian), Belgrade: Istorijski Institut, 2010, səh. 8, ISBN 978-86-7743-081-8, OCLC 712374230, 2021-10-02 tarixində arxivləşdirilib
- ↑ Conflicting Loyalties in the Balkans The Great Powers, the Ottoman Empire and Nation-building|издательство=Gardners Books. isbn=978-1-84885-477-2. https://books.google.com/ Arxivləşdirilib 2015-06-27 at the Wayback Machine id=xHEnVxnHIHgC&pg=PA309&dq=prizren+vilayet+1867#v=onepage&q=prizren%20vilayet%201867&f=false. 309.2010. Grandits, Hannes; Nathalie Clayer; Robert Pichler. — «In 1868 the vilayet of Prizren was created with the sancaks of Prizren, Dibra, Skopje and Niš; it only existed till 1877».
- ↑ The modernization of public education in the Ottoman Empire, 1839-1908. 2001.Brill Publishers|Brill|en|Brill Publishers. Netherlands.isbn=90-04-11903-5.https://books.google.com/?id=0JqPscM-kcYC&pg=PA234&dq=prizren+vilayet#v=onepage&q=prizren%20vilayet&f. Akşin Somel, Selçuk. — «the vilayet of Prizren was founded in 1871».
- ↑ Makedonija vo istočnata kriza 1875-1881. Makedonska akademija na naukite i umetnostite. Skopje. https://books.google.com/?id=tm-4AAAAIAAJ&q=%22Prizren+sanjak%22&dq=%22Prizren+sanjak%22. 187. 1978. Apostoloski.Apostoloski, Mihailo. — «Thus the seat of the Kosovo vilayet naturally moved to Prizren.».