Ufa çayı

Vikipediya, azad ensiklopediya
(Qaraidel səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Qaraidel
başq. Ҡариҙел
Ölkə  Rusiya
Mənbəyi Cənubi Ural, Uraltau
Mənsəbi Başqırdıstan, Ufa, Ağidel
Uzunluğu 918 km
Su sərfi 388 m³/san
Hövzəsinin sahəsi 53 100 km²
DSR[rus.] 10010200812111100020106
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qaraidel (başq. Ҡариҙел; rus. Караиде́ль), Ufa (başq. Өфө; rus. Уфа́) və ya Ufimka (rus. Уфи́мка) — UralUralyanıda çay. Ağidelin sağ axını.[1] O, Çelyabinsk, Sverdlovsk vilayətləri və Başqırdıstan Respublikası əraziləri ilə axır.

Rus dilində işlənilən Ufa adı Qaraidel adından gec, Ufa şəhərin əsası qoyulduğdan sonra meydana çıxmışdı.[2] Bundan əvvəl rus dilində də baqırdcada kimi çayın adı Караидель (başq. Ҡариҙел) idi.

Qaraidel ilə Ağidel çayları qovuşanda, onların tünd və açıq axınların arasında fərq görünür.[2]

Başqırdıstan Respublikasında bu çaya Ufimka deyirlər, Sverdlovsk və Çelyabinsk vilayətlərində isə Ufa. Başqırd ilə tatarlar isə onu Qaraidel adlandırırlar.[3]

Qaraidel Ağidelin ən böyük axınıdır.[2]

Çayın əsas qolları: Ufaleyka, Kukazar, Nadı, Əy, Serqa, Yürüdən, Töy, Esem, Şarovarka, Buqalış, Bisert, Sarana, Ərtə və Şuqurovka.

Yaşayış məntəqələri: Nyazepetrovsk şəhəri, Bilən qəsəbəsi, Şamaxı qəsəbəsi, Arıslan qəsəbəsi, Krasnoufimsk şəhəri, Sarana qəsəbəsi, Mullakay kəndi, Qaraidel qəsəbəsi, Pavlovka qəsəbəsi, Çandar kəndi və Ufa şəhəri.

Faydalı qazıntılar

[redaktə | mənbəni redaktə et]

Çayın yuxarı hissələrində nikel, dəmir, mis və kobalt var. Yuxarı axının qollarında isə almaz və qızıl tapılır. Vadisində isə neft, qaz, gil, qum və çınqıl var.[4]

1960-cı ildə çayda Pavlovka su-elektrik stansiyası (SES) tikintisi başa çatıb. Pavlovka SES-ın dambası eyniadlı su anbarı yaradır.[5]

İnsanlar bu çayın sahillərində paleolit dövründən bəri yaşayırlar.[4]

  1. "Arxivlənmiş surət". 2016-04-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-31.
  2. 1 2 3 Три путешествия по рекам. Река Уфа Arxivləşdirilib 2019-05-22 at the Wayback Machine, По Тропам Южного Урала.
  3. Река Уфа (Караидель) Arxivləşdirilib 2019-05-14 at the Wayback Machine, Весь Южный Урал.
  4. 1 2 "Arxivlənmiş surət". 2022-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-17.
  5. "Arxivlənmiş surət". 2013-09-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-31.