Ufa çayı
Qaraidel | |
---|---|
başq. Ҡариҙел | |
Ölkə | Rusiya |
Mənbəyi | Cənubi Ural, Uraltau |
Mənsəbi | Başqırdıstan, Ufa, Ağidel |
Uzunluğu | 918 km |
Su sərfi | 388 m³/san |
Hövzəsinin sahəsi | 53 100 km² |
DSR[rus.] | 10010200812111100020106 |
Vikianbarda əlaqəli mediafayllar |
Qaraidel (başq. Ҡариҙел; rus. Караиде́ль), Ufa (başq. Өфө; rus. Уфа́) və ya Ufimka (rus. Уфи́мка) — Ural və Uralyanıda çay. Ağidelin sağ axını.[1] O, Çelyabinsk, Sverdlovsk vilayətləri və Başqırdıstan Respublikası əraziləri ilə axır.
Etimologiya
[redaktə | mənbəni redaktə et]Rus dilində işlənilən Ufa adı Qaraidel adından gec, Ufa şəhərin əsası qoyulduğdan sonra meydana çıxmışdı.[2] Bundan əvvəl rus dilində də baqırdcada kimi çayın adı Караидель (başq. Ҡариҙел) idi.
Qaraidel ilə Ağidel çayları qovuşanda, onların tünd və açıq axınların arasında fərq görünür.[2]
Başqırdıstan Respublikasında bu çaya Ufimka deyirlər, Sverdlovsk və Çelyabinsk vilayətlərində isə Ufa. Başqırd ilə tatarlar isə onu Qaraidel adlandırırlar.[3]
Coğrafiya
[redaktə | mənbəni redaktə et]Qaraidel Ağidelin ən böyük axınıdır.[2]
Çayın əsas qolları: Ufaleyka, Kukazar, Nadı, Əy, Serqa, Yürüdən, Töy, Esem, Şarovarka, Buqalış, Bisert, Sarana, Ərtə və Şuqurovka.
Yaşayış məntəqələri: Nyazepetrovsk şəhəri, Bilən qəsəbəsi, Şamaxı qəsəbəsi, Arıslan qəsəbəsi, Krasnoufimsk şəhəri, Sarana qəsəbəsi, Mullakay kəndi, Qaraidel qəsəbəsi, Pavlovka qəsəbəsi, Çandar kəndi və Ufa şəhəri.
İqtisadiyyat
[redaktə | mənbəni redaktə et]Faydalı qazıntılar
[redaktə | mənbəni redaktə et]Çayın yuxarı hissələrində nikel, dəmir, mis və kobalt var. Yuxarı axının qollarında isə almaz və qızıl tapılır. Vadisində isə neft, qaz, gil, qum və çınqıl var.[4]
Enerji
[redaktə | mənbəni redaktə et]1960-cı ildə çayda Pavlovka su-elektrik stansiyası (SES) tikintisi başa çatıb. Pavlovka SES-ın dambası eyniadlı su anbarı yaradır.[5]
Tarix
[redaktə | mənbəni redaktə et]İnsanlar bu çayın sahillərində paleolit dövründən bəri yaşayırlar.[4]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2016-04-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-31.
- ↑ 1 2 3 Три путешествия по рекам. Река Уфа Arxivləşdirilib 2019-05-22 at the Wayback Machine, По Тропам Южного Урала.
- ↑ Река Уфа (Караидель) Arxivləşdirilib 2019-05-14 at the Wayback Machine, Весь Южный Урал.
- ↑ 1 2 "Arxivlənmiş surət". 2022-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-17.
- ↑ "Arxivlənmiş surət". 2013-09-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-31.