Rebrendinq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Rebrendinq (ing. rebranding) — brendin (əmtəə nişanının) və ya onun tərkib hissələrinin dəyişdirilməsi ilə bağlı aparılan kompleks tədbirlər planıdır. Tərkib hissələri isə bunlardır: adı, loqotipi, bədii tərtibatı və brendin ümumi ideoloji mövqeyi.

Rebrendinq məhsul və ya xidmətin inkişafı üçün brendin hazırkı vəziyyətinin təkmilləşdirilməsi kimi başa düşülür. Rebrendinq prosesində brendin adı, loqosu, sloqanı və s. kimi dəyişdirilməsi baş verə bilər. Həmçinin brendin reklammarketinq siyasətlərinin dəyişdirildiyi rebrendinqlər də olub. Ümumiyyətlə Rebrendinq məhsul və ya xidmətin mövcud vəziyətindəki mənfi halları aradan qaldırmaq üçün yenidən qurulma prosesi kimi də şərh olunur. Satışa mənfi təsir edən səbəbləri aradan qaldıran zaman bəzən istehlakçılar bunu hiss eləməyə də bilər. Buna görə istehsalçılar belə düşünürlər ki, yenilənmə prosesini istehlakçılara çatdıranda onların şüurlarındakı həmin mənfi halları da silə biləcəklər. Yəni, x adam y firma haqqında onun keyfiyyətli olmadığını düşünür. Bu x adamların sayı çoxaldıqca y firması tədbirlər planı keçirtməyə başlayır. Tədbirlər planında problemi köklücə həll etmək üçün rebrendinqə getmək seçilir. Rebrendinqdən sonra x adam(lar) firmanın artıq yeniləndiyini düşünüb, onun məhsullarından yenə test üçün istifadə edəcəklər. Əgər firma rebrendinq prosesində itehsalatını mükəmmələşdiribsə x adam(lar) artıq y firması haqqında mənfi yox müsbət rəyə malik olacaqlar. Amma rebrendinqə gedən bütün firmalar sırf bu səbəbdən getmirlər. İstehlakçıların heç bir şikayəti olmadığı halda sırf dəyişiklik olsun deyə də rebrendiq edənlər də olur.