Rifah Partiyası
Bu məqalə qaralama halındadır. |
Rifah Partiyası — 1983-cü ildə Türkiyə qurulmuş siyasi partiya. Nəcməddin Ərbakanın başqanlıq etdiyi və 12 sentyabr 1980-ci il hərbi çevrilişindən sonra bağlanan Milli Səlamət Partiyasının sələfidir.
Rifah Partiyası Refah Partisi | |
---|---|
Sədri | Nəcməddin Ərbakan |
Quruluş tarixi | 1983 |
Dağılma tarixi | 1998 |
Sələfi | Milli Səlamət Partiyası |
Xələfi | Fəzilət Partiyası |
Baş qərargah | |
İdeologiya | islamçılıq, Avropa skeptisizmi |
İdeoloji spektr | İfrat sağ |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
[redaktə | mənbəni redaktə et]1987-ci ildə Ərbakan siyasi haqları qaytarıldıqdan sonra partiya rəhbərliyinə gəlmişdir. 1990-cı il parlament seçkilərinə dək Türkiyə Böyük Millət Məclisində təmsil oluna bilməsə də 1989-cu il Bələdiyyə seçkilərində Van, Konya və Şanlıurfa Bələdiyyələrini qazanmışdır.
1990-cı il Parlament seçkilərinə MHP ilə ittifaqa girərək öz adı və emblemi ilə getmiş, MHPli namizədlər, o cümlədən MHP sədri Alparslan Türkeş Rifah Partiyasından namizəd göstərilmişdir. Bu seçkilərdə 12% səs alan Rifah Partiyası TBMM-yə girməyi bacarmışdır. 1994-cü ilin Bələdiyyə seçkilərində birinci yeri tutan partiya İstanbul, Ankara və İzmir Bələdiyyələrini də əldə etmişdir. Rəcəb Tayyib Ərdoğan bu partiyadan İstanbul Bələdiyyə sədri seçilmişdir.
1995-ci ilin parlament seçkilərində 32% səs alan partiya 1996-cı ildə Tansu Çillərin rəhbərlik etdiyi Doğru Yol Partiyası ilə ittifaq quraraq hakimiyyətə gəlmişdir.
"Rifahyol" adlandırılan koalisya hökumətində Rifah Partiyasının sədri Nəcməddin Ərbakan baş nazir olmuşdur. 1997-ci ilin 28 fevral tarixli dövlət çevrilişi ilə hökumətin fəaliyyəti dayandırılsa da, Ərbakan hökuməti xuntaçılara təhvil verməmiş, səkkiz ən güclü İslam ölkəsini birləşdirən D8 təşkilatını qurduqdan sonra ordunun təzyiqi və prezident Süleyman Dəmirəlin istəyi ilə istefa vermiş, siyasi fəaliyyəti 5 illik qadağan edilmişdir.
Rifah Partiyası 1998-ci ildə qadağan edilərək fəaliyyətinə son qoyulmuşdur.