Rina Savayama

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Rina Savayama
yap. リナ・サワヤマ
Savayama 2022-ci ildə Primavera Sound-da nümayiş zamanı
Savayama 2022-ci ildə Primavera Sound-da nümayiş zamanı
Ümumi məlumatlar
Doğum tarixi (34 yaş)
Doğum yeri Niiqata, Yaponiya
Musiqiçi məlumatları
Fəaliyyəti
  • müğənni
  • bəstəkar
  • model
Fəaliyyət illəri 2013–h.h.
Janr
Albom şirkəti
  • Make Mine
  • House of Us
  • The Vinyl Factory
  • 88rising
  • 12Tone
  • Different
  • Dirty Hit
Təhsili
İmzanın şəkli
rina.online
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rina Savayama (ing. Rina Sawayama yap.リナ・サワヤマ, 16 avqust 1990) — Yapon əsilli Briyaniyalı müğənni-bəstəkar, model. Yaponiyanın Niiqata şəhərində anadan olub, beş yaşında valideynləri ilə birlikdə Londona mühacirət edib. 2017-ci ildə Rina adlı debüt mini albomunu buraxdı. 2020-ci ildə leybl Dirty Hit ilə müqavilə bağladıqdan sonra o, tənqidi bəyənmələr alan debüt studiya albomu Sayawama-nı buraxdı. Onun ikinci studiya albomu Hold the Girl 2022-ci il sentyabrın 16-da işıq üzü gördü. Musiqi karyerası xaricində Savayama bir neçə moda kampaniyası üçün modellik etdi, filmdə aktrisalıq debütünü Con Vik 4-də etməyə hazırlaşır.

Savayama 16 avqust 1990-cı ildə[1] Yaponiyanın Niiqata şəhərində anadan olub.[2] O, beş yaşına qədər orada yaşadı, bundan sonra ailəsi onun böyüdüyü və hazırda yaşadığı Londona köçmək qərarına gəldi.[3] İngiltərədə qalmaq üçün qeyri-müəyyən məzuniyyətə, vizaya malikdir (ILR). Savayamanın dediyinə görə, ailəsinin ilk planı onun on yaşı olanda Yaponiyaya qayıtmaq idi, lakin onlar sonda Londonda qalmağı seçdilər. İngilis dilində ünsiyyət qura bilmədiyi üçün Savayama müəllimlərini və həmyaşıdlarını başa düşməkdə çətinlik çəkirdi. Nəhayət başqaları ilə pop musiqisi ilə əlaqə qurdu. On altı yaşında o, Myspace-ə musiqi koverləri yükləməyə başladı və altıncı sinifdə Lazy Lion adlı hip hop qrupu yaratdı.[4]

Savayama Kembricdəki Maqdalena Kollecində oxuyub, burada siyasət, psixologiya və sosiologiya üzrə təhsil alıb.[5] Universiteti politoloq ixtisası ilə bitirmişdir.

  1. "Rina Sawayama's Twitter profile". 6 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 November 2020 – Twitter vasitəsilə.
  2. "Introducing: Rina Sawayama". Vibes of Silence. 4 November 2017. 19 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 November 2017.
  3. Kim, Monica. "Meet the Tangerine-Haired Model and Singer Who's Taking On Asian Beauty Standards". Vogue. 17 October 2016. 2 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 November 2017.
  4. "How Rina became SAWAYAMA". The Line of Best Fit. 25 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 July 2022.
  5. "Pixelated People: Rina Sawayama Interviewed". 8 February 2018. 9 May 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 April 2020.