Rodriqo Lara
Rodriqo Lara | |
---|---|
isp. Rodrigo Lara Bonilla | |
| |
Kolumbiyanın ədliyyə və hüquq naziri[d] | |
7 avqust 1983 – 30 aprel 1984 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 avqust 1946 |
Doğum yeri | |
Vəfat tarixi | 30 aprel 1984 (38 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | qəsdən adamöldürmə[d] |
Partiya | Yeni Liberalizm |
Təhsili | Kolumbiya Xarici Universiteti |
İxtisası | Hüquq |
Fəaliyyəti | siyasətçi, vəkil |
Həyat yoldaşı | Nensi Restrepo Asevedo |
Uşaqları |
Rodriqo Armando Lara Sançes |
Dini | katolisizm |
Vikianbarda əlaqəli mediafayllar |
Rodriqo Lara Bonilla (11 avqust 1946, Neyva – 30 aprel 1984, 127-ci küçə[d]) — Kolumbiyalı hüquqşünas və siyasətçi. Prezident Belisario Betankur dövründə Ədliyyə Naziri vəzifəsində çalışmış və əsasən Medellin Kartelinə aid olan kokain tacirlərini mühakimə etdiyi üçün Pablo Eskobarın əmri ilə öldürülmüşdür.[1][2]
Laranın ölümü Eskobarın qətldə ittiham olunmasına və Kolumbiyada minlərlə insanın həyatı bahasına başa gələcək ekstradisiya ilə bağlı uzun müddət davam edən müzakirələrə yol açdı.
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Lara Uila departamentinin paytaxtı Neyvada anadan olub və Kolumbiya Xarici Universitetində hüquq fakültəsində təhsil almışdır. Uzun illər sonra o, keçmiş prezident-liberal Alfonso Lopez Mişelsenin başçılıq etdiyi Liberal inqilab hərəkatı partiyasına daxil oldu. 1969-cu ildə, cəmi 23 yaşı olanda Lara öz doğma şəhərinin meri təyin olundu.
Sui-qəsd
[redaktə | mənbəni redaktə et]30 aprel 1984-cü ildə Rodriqo Lara Bonilla 1976-cı il istehsalı olan Mercedes-Benz W116-da olarkən Bayron Velaskes və İvan Dario Quisado Yamaha motosikleti ilə onun SUV avtomobil karvanının yanından keçdilər. Quisado avtomobil pəncərəsini uzi silahı ilə atəşə tutaraq onu öldürdü.
Populyar mədəniyyətdə
[redaktə | mənbəni redaktə et]- Kolumbiya Karakol TV-də Escobar, el Patrón del Mal (2012) teleserialında Lara obrazını kolumbiyalı aktyor Ernesto Benjumea canlandırır.
- Tres Caínes (2013) serialında Lara kolumbiyalı aktyor Xuan Karlos Serrano tərəfindən kiçik rolda təsvir edilmişdir.
- Alias El Mexicano (2013) serialında Lara kolumbiyalı aktyor Fabiyo Rubiyano tərəfindən canlandırılır.
- Netflix serialı Narcos) (1-ci mövsüm, 3-cü epizod, "Həmişənin adamları"), Lara (meksikalı aktyor Adan Canto tərəfindən rol tutur) Eskobarı pisləyən və öldürülən şəkildə təsvir edilmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "El Asesinato de Rodrigo Lara Bonilla" Arxivləşdirilib 2010-12-28 at the Wayback Machine [The Assassination of Rodrigo Lara Bonilla]. Semana (in Spanish). 1987–08–07. ISSN 0124–5473. Archived from the original on September 6, 2015. Retrieved 2010–09–29.
- ↑ Associated Press (May 1, 1984). "Justice Minister slain in Bogota". The New York Times. Archived from the original on may 24, 2015. Retrieved Sep 6, 2015.