Rozalind Franklin
Rozalind Franklin | |
---|---|
Rosalind Elsie Franklin | |
Doğum adı | Rosalind Elsie Franklin[4] |
Doğum tarixi | 25 iyul 1920[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 16 aprel 1958[1][2][…] (38 yaşında) |
Elmi dərəcəsi |
|
İş yerləri | |
Təhsili | |
Vikianbarda əlaqəli mediafayllar |
Rozalind Franklin (d. 25 Iyul 1920, London, ö. 16 Aprel 1958, London) ingilis kimyaçı və DNT (dezoksiribonuklein turşusu), RNT (ribonuklein turşusu), viruslar, kömür və qrafitin molekulyar quruluşlarının başa düşülməsi üzərində rentgen şüaları kristalloqrafiyası ilə işləyən alim.[6] Kömür və viruslar üzərində işləri həyatı boyu təqdir olunsa da, DNT-nin quruluşundakı töhfələri daha çox ölümündən sonra tanındı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Rozalind Franklin 25 İyul 1920-ci ildə Londonda Nottinq Hill-də, zəngin və nüfuzlu bir İngilis-Yəhudi ailəsində anadan olmuşdur.[7]
Ailəsi
[redaktə | mənbəni redaktə et]Franklinin atası, şəhərin "İşçi Kişilər Kollecində" dərs deyən, siyasi baxımdan liberal olan Ellis Artur Franklin (1894-1964),anası isə Muriel Ualey (1894-1976) idi. Rozalind, beş uşaqlı ailənin böyük qızı və ikinci uşağı idi.Devid (1919-cu il təvəllüdlü) ən böyük qardaş; Kolin (1923-2020), Roland (1926-cı il təvəllüdlü) və Cennifer (1929-cu il təvəllüdlü) onun kiçik qardaşları idi.[8]
Təhsili
[redaktə | mənbəni redaktə et]Altı yaşında, Qərbi Londonda özəl məktəb olan "Norland Place School"-da qardaşı Rolanda qatıldı.Londonun qərbində Hammersmithdəki fizika və kimya öyrədən az sayda qız məktəbindən biri olan St Paul Qızlar Məktəbinə gedəndə 11 yaşındaydı.[9] Həmin məktəbdə idman,musiqi ilə məşğul olmuş eyni zamanda fransız və alman dillərini öyrənmişdir.
1938-ci ildə Nyuhem Kollecinə (Kembric) başladı və Natural Sciences Tripos-da Kimya təhsilinə başladı.Orada onunla bir laboratoriyada işləyən və daha sonra London Kral Kollecindəki böyük həmkarlarından biri olan spektroskopist Bill Prays ilə tanış oldu.[10] Kembricdəki son ilində, həyatı və karyerasında böyük təsiri olan və Fransızcasının inkişafına kömək edən, Mariya Kürinin keçmiş tələbəsi olan Fransız qaçqın Adrienne Ueill ilə tanış oldu.[11][12]
Franklin Nyuhem Kollecində tədqiqat təqaüdünə layiq görüldü,və sonralar nobel mükafatı qazanacaq Ronald Norrişlə işləməyə başladı.[13] Norrişin Laboratoriyasından istefa edərək, 1942-ci ildə İngilis Kömür İstifadəsi Araşdırma Birliyində (BCURA) köməkçi-tədqiqatçı vəzifəsində çalışmağa başladı.[14]
Karyerası
[redaktə | mənbəni redaktə et]Rozalind Franklinin iş həyatı London və Parisdə keçmişdir.
Paris
[redaktə | mənbəni redaktə et]Avropada İkinci Dünya müharibəsi sona çatdı və dağıntılardan sonra elmi işlər yenidən sürətlənməyə başladı. Franklin fiziki-kimya bilikləri az olan fizik Adrienne Ueill-dən kömək istədi. 1947-1950-ci illər arasında Parisdə Jak Merinq ilə Dövlət Kimya Xidmətləri Mərkəzi Laboratoriyasında rentgen difraksiyası metodu üzərində işləmişdir. Bu metodla rentgen şüalarından istifadə edən bir maddənin atomlarına baxdıqda, onların kristal quruluşunu görmək mümkün idi. Bu işlərin təsiri ilə qızdırılan karbonlarda qrafit əmələ gəlməsinin səbəb olduğu struktur dəyişikliklərini araşdıraraq koks sənayesi və atom texnologiyası baxımından dəyərli tapıntılar əldə etdilər.[15]
London Kral Kolleci
[redaktə | mənbəni redaktə et]1950-ci ildə Franklin, London Kral Kollecində işləmək üçün üç illik Turner & Newall Təqaüdünə layiq görüldü. 1951-ci ilin yanvarında Con Randal tərəfindən idarə olunan Tibbi Tədqiqatlar Şurasının Biyofizika Bölməsində tədqiqat üzvü olaraq işə başladı. Əsas vəzifəsi məhluldakı zülalların və lipidlərin rentgen difraksiyasını araşdırmaq olsa da, Randal Franklinə, universitetdə yeganə təcrübəli rentgen difraksiyası mütəxəssisi olduğu üçün DNT üzərində işləməsini dedi.[16][17][18] Randal, DNT tədqiqatçısı Moris Uilkinsin qabaqcıl işi olduğu üçün hələ Rozalind Franklin burada işə başlamazdan əvvəl bu dəyişikliyi etmişdi və Uilkins ilə işləyən aspirant Raymond Qoslinqi köməkçisi təyin etdi.[19]
R.Franklin və Qoslinq DNT-nin iki formunu kəşf etdilər.Rozalind onları sıra ilə B və A adlandırdı.X-ray difraksiyası şəkilləri, o cümlədən Franklinin tələbəsi Qoslinq tərəfindən çəkilən əlamətdar "Photo 51" [20] Con Desmond Bernal tərəfindən "indiyə qədər hər hansı bir maddənin çəkilmiş ən gözəl rentgen fotoşəkili" adlandırılmışdır[21].
DNT tədqiqatı
[redaktə | mənbəni redaktə et]1953-cü ilin fevralında Kembric Universitetindəki Kavendiş Laboratoriyasından Ceyms Uatson və Frensis Krik, Kral Kollecindıki hər iki komandanın əlindəki məlumatlara bənzər məlumatlardan istifadə edərək B formalı DNT molekulyar model qurmağa başladılar. Datalarının çox hissəsi birbaşa Uilkins və Franklin tərəfindən Kral Kollecində aparılan araşdırmalardan əldə edilmişdi.Franklinin araşdırması Birkbeckə köçmədən əvvəl 1953-cü ilin fevralına qədər tamamlanmışdı. Model 1951-ci ildə Laynus Polinq tərəfindən alfa heliks quruluşunun aydınlaşdırılmasında uğurla tətbiq edilmişdi [22][23], lakin Franklin modelə düzgün rəhbərlik etmək üçün kifayət qədər məlumat əldə olunana qədər nəzəri modellərin vaxtından əvvəl qurulmasına qarşı çıxmışdı.
Franklin Birkbek Kollecinə köçmək qərarına gəldiyindən və Randal, bütün DNT işlərinin Kral Kollecində qalması lazım olduğunu israr etdiyi üçün Uilkinsə Franklinin difraksion fotoşəkilləri verdi.
Uatson və Krik, modellərini 7 Mart 1953-də bitirdilər.Bir neçə həftə sonra, 10 aprel tarixində Franklin Krikə modellərini görmək üçün icazə istədi.Franklin, Uatson-Krik modelini gördükdən sonra da erkən model quruluşu olduğu şübhəsini saxladı.Uatson və Krik nəhayət 25 aprel 1953-də Nature-də modeli nəşr etdilər.
RNT tədqiqatı
[redaktə | mənbəni redaktə et]Rozalind Franklin onun üçün DNT ilə eyni qədər vacib olan başqa bir nükleik turşu olan RNT-ni araşdırmağa davam etdi.RNT virusu olan tütün mozaikası virusunun (TMV) quruluşunu öyrənmək üçün yenidən rentgen kristalloqrafiyasından istifadə etdi. 1955-ci ildə Franklin, TMV ilə əlaqəli ilk böyük əsərlərini Nature-də nəşr etdirdi və burada bütün TMV virus hissəciklərinin eyni uzunluqda olduğunu izah etdi.[24] Franklin TMV-nin tam quruluşunu öyrənməyi doktorantı Holmsa həvalə etdi. Tezliklə (1956-cı ildə nəşr olunmuşdur) TMV-nin örtüklərinin sarmallarda düzülmüş protein molekulları olduğunu aşkar etdilər.Həmkarı Kluq, tələbəsi Finç ilə sferik viruslar üzərində işləyirdi, Franklin isə işi koordinasiya edir və nəzarət edirdi.Komanda şəklində 1956-cı ildən etibarən TMV, xiyar virusu 4 və sarı turp mozaika virusu haqqında seminal əsərlər dərc etməyə başladılar.[25][26]
Xəstəliyi və ölümü
[redaktə | mənbəni redaktə et]1956-cı ilin ortalarında, ABŞ-da iş ilə əlaqəli səfərdə olarkən, Franklin sağlamlıq problemindən şübhələnməyə başladı. Nyu-Yorkda olarkən ətəyini bağlamaqda çətinlik çəkdi; mədəsi şişmişdi. Londona qayıdaraq Mair Livinqston ilə məsləhətləşdi, onun "Hamilə deyilsən?" sualına o, "kaş ki olsaydım" deyə cavab verdi.[27] Həmin il 4 sentyabrda edilən əməliyyatda qarın nahiyəsində iki şiş aşkarlandı.Bu müddətdən sonra Franklin müxtəlif dostları və ailə üzvləri ilə birlikdə vaxt keçirtdi.Anası kədərli olduğu üçün bunun ona pis təsir etdiyini bildirib ailəsi qalmamağı seçdi.1958-ci ilin yanvarında işə qayıtdı və 25 Fevralda Biofizika üzrə Araşdırma Üzvü vəzifəsinə yüksəldi. 30 Martda yenidən vəziyyəti pisləşdi və 16 Aprel 1958-ci ildə Londonda, Çelsidə öldü.[28]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Rosalind Franklin // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 3 4 5 6 7 8 Ogilvie M. B. The Biographical Dictionary of Women in Science (ing.): Pioneering Lives From Ancient Times to the Mid-20th Century. Routledge, 2003. Vol. 1. P. 465–466. 798 p. ISBN 978-1-135-96342-2
- ↑ 1 2 3 4 5 6 https://www.biography.com/people/rosalind-franklin-9301344.
- ↑ 1 2 3 4 Biography: Historical & Celebrity Profiles. // Biography.com
- ↑ "Arxivlənmiş surət". 2019-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-26.
- ↑ "Arxivlənmiş surət". 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-01.
- ↑ Glynn səh 1
- ↑ Glynn səh 25
- ↑ "Arxivlənmiş surət". 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-01.
- ↑ Polcovar səh.31
- ↑ Williams səh 279
- ↑ https://web.archive.org/web/20180903045728/https://www.dnalc.org/view/16049-Rosalind-Franklin-.html
- ↑ https://web.archive.org/web/20180321132408/https://www.sciencehistory.org/historical-profile/james-watson-francis-crick-maurice-wilkins-and-rosalind-franklin
- ↑ Chemistry and Physics of Carbon, vol 1–, 1968–, Elsevier, New York.
- ↑ Williams, səh 282
- ↑ Maddox, səh 114.
- ↑ Wilkins, səh 144
- ↑ Wilkins, səh. 121.
- ↑ "Arxivlənmiş surət". 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-02.
- ↑ Maddox səh 153
- ↑ Wilkins, səh158
- ↑ Maddox, səh 147
- ↑ "Arxivlənmiş surət". 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-02.
- ↑ https://www.sciencedirect.com/science/article/abs/pii/0006300256904632?via%3Dihub
- ↑ Franklin, R. E.
- ↑ Maddox, səh 284.
- ↑ Maddox, səh 305–307
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Glynn, Jenifer. My Sister Rosalind Franklin. Oxford: Oxford University Press. 2012. ISBN 978-0-19-969962-9.
- Polcovar, Jane. Rosalind Franklin and the Structure of Life. Greensboro, N.C.: Morgan Reynolds Publishing Inc. 2006. ISBN 978-1-59935-022-6.
- Williams, Gareth. Unravelling the Double Helix. New York: Pegasus Books. 2019. ISBN 978-1-64313-215-0.
- Maddox, Brenda. Rosalind Franklin: The Dark Lady of DNA. London: Harper Collins. 2003. ISBN 0-00-655211-0.
- Wilkins, Maurice. The Third Man of the Double Helix : the autobiography of Maurice Wilkins. Oxford: Oxford University Press. 2005. ISBN 0-19-280667-X.
- Franklin, R. E., "Structure of tobacco mosaic virus", Nature, 175 (4452), 1955: 379–381, Bibcode:1955Natur.175..379F, doi:10.1038/175379a0, PMID 14356181
- Franklin, R. E., "Structure of Tobacco Mosaic Virus: Location of the Ribonucleic Acid in the Tobacco Mosaic Virus Particle", Nature, 177 (4516), 1956: 928–30, Bibcode:1956Natur.177..928F, doi:10.1038/177928b0.