SPAR

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
SPAR
SPAR [1]
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi Pərakəndə satış
Sənaye Ticarət
Məhsulları Baqqal, Supermarket, Hipermarket
Təsis tarixi 1932
Baş qərargahın yeri Amsterdam, Niderland
İqtisadi göstəriciləri
Ümumi gəliri
  • 37.100.000.000 € (2019)
Struktur
İşçi sayı 410 000
Bölmələr 13 623 satış nöqtəsi
Rəhbərlik
Təsisçi Adrian Van Vell
spar-international.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

SPARNiderlandda yaranmış, pərakəndə ticarətlə məşğul olan şirkət. 1932-ci ildə Niderlandda Adrian van Vell tərəfindən təsis edilib və 2021-ci ildə 48 ölkədə 13.623 satış nöqtəsinə sahibdir.[2]

O, 1932-ci ildə Adrian van Well tərəfindən "De SPAR" adlı könüllü baqqal şəbəkəsi kimi təsis edilib. Əsas məqsəd Avropada böyük pərakəndə satış şəbəkələrinin yaranmasına cavab olaraq müstəqil topdansatışçılar və pərakəndə satıcılar arasında əməkdaşlığı davam etdirmək olur. Şəbəkənin adı şüarın ilk hərflərindən yaranıb: "Door Eendrachtig Samenwerken Profiteren Allen Regelmatig", yəni "Biz hamımız əməkdaşlıqdan faydalanırıq" deməkdir. Holland dilində spar sözü "Şam ağacı" deməkdir, bu ağac şirkətin loqosunda təsvir edilib. SPAR konsepsiyası 1940-cı illərin sonlarında Niderlanddan kənara çıxır və Belçika "SPAR"ın fəaliyyət göstərdiyi ikinci ölkə olur. Almaniya şəbəkəyə 1952-ci ildə qoşulur. 1950-ci illərdə SPAR konsepsiyası sürətlə bütün Qərbi Avropaya yayılır. 1953-cü ildə ilk prezidenti Adrian van Vell "SPAR İnternational"l təsis edir və 1957-ci ildə ilk SPAR Beynəlxalq Konqresi Hollandiyada keçirilir. 1959-cu ilə qədər SPAR-a 9 ölkədən topdan və pərakəndə satıcılar daxil idi. Sonrakı 20 ildə şəbəkə yeni qitələrə — Afrika və Asiyaya qədər genişləndi və iştirakçıların siyahısı 14 ölkəyə qədər genişləndi. SPAR Cənubi Afrika 1963-cü ildə, SPAR Yaponiya isə 1977-ci ildə yaradılır. 1980–1999-cu illər arasında SPAR şəbəkəsi öz fəaliyyətini Avstraliya və Şərqi Avropa da daxil olmaqla daha 7 ölkəyə genişləndirir. 1999-cu ildə SPAR artıq 21 ölkədə fəaliyyət göstərirdi. 2000-ci ildən etibarən "SPAR" Rusiya və Çin kimi inkişaf etməkdə olan ölkələrdə fəaliyyət göstərməyə başlayır. Şirkət Mərkəzi və Şərqi Avropa və Afrikada genişlənməyə davam edir. 2000-ci ildən 2010-cu ilə qədər 10 il ərzində şəbəkəyə Ukrayna, Xorvatiya, Portuqaliya, Zambiya, Botsvana, Namibiya və Nigeriya da qoşulur. 2010-cu ildən "SPAR"ın Hindistan və Pakistanda, Yaxın Şərq ölkələrində (BƏƏ, Qətər, Oman, Səudiyyə Ərəbistanı), yeni Afrika bazarlarında (Anqola, Malavi, Kamerun), Şərqi Avropa və Qafqazda (Albaniya, Azərbaycan, Belarus Respublikası, Gürcüstan, Kosovo), həmçinin Malta, Kipr, Seyşel adaları, Mavrikiy, Şri-Lanka, Tayland və İndoneziyada da mağazaları açılmışdır.

"SPAR International" öz bayrağı altında 48 ölkədə 13500-dən çox mağazanı birləşdirir. Əsas formatlar bunlardır: Spar Express (satış sahəsi 300 m²-ə qədər), Spar (satış sahəsi 300–1000 m²), EuroSpar (1000–2500 m²) və InterSpar (2500 m²-dən).

SPAR Azərbaycanda

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Qafqaz regionunda qlobal SPAR şəbəkəsinə qoşulan ikinci ölkədir. Azərbaycanda "Araz" SPAR Brendinin yaradılması və inkişafı üzrə tərəfdaş kimi seçilir. Azərbaycanda ilk SPAR mağazası 2015-ci ilin dekabrında paytaxt Bakıda açılıb. Hal hazırda Azərbaycanda 50 dən çox "SPAR" mağazası fəaliyyət göstərir.[3]

  1. The first DESPAR store, opened in the Netherlands, 1932. Spar International. Archived 2017-06-06.
  2. "Arxivlənmiş surət". 2022-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-13.
  3. "Arxivlənmiş surət". 2022-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-13.