Sara Jio
Sara Jio | |
---|---|
ing. Sarah Jio | |
Doğum tarixi | 18 fevral 1978 (46 yaş) |
Doğum yeri | |
Milliyyəti | Amerika |
Təhsili | Vaşinqton Universiteti |
İxtisası | Yazıçı |
Fəaliyyəti | nasir, jurnalist, yazıçı |
Fəaliyyət illəri | 2011-ci ildən |
Əsərlərinin dili | ingilis |
Janr | Roman |
İlk əsəri | "Mart ayında bənövşələr" |
Tanınmış əsəri | "Mart ayında bənövşələr" |
sarahjio.com |
Sara Jio[1] (ing. Sarah Jio; 18 fevral 1978, Beynbric-Aylend[d], Vaşinqton) — Amerikalı yazıçı, sentimental romanların müəllifidir.
Bioqrafiya
[redaktə | mənbəni redaktə et]Sara Jio 18 fevral 1978-ci ildə Sietldə, Vaşinqtonda anadan olub.[2] Uşaq ikən yazmağa başlayır və yerli qəzeti The Bremerton Sun üçün ilk köşəsin yazır. Daha sonra Jio Qərbi Vaşinqton Universitetində jurnalistika fakültəsinə daxil olur. Sara Jio karyerasına 2000-ci ildə The Silver Company-də hesab üzrə icraçı kimi başlamış və on il işlədiyi Seattle Pacific Universitetində redaktor olmuşdur. Eyni zamanda o, bir çox milli jurnal və qəzetlərdə səyahət, qidalanma, qida,[3][4] sağlamlıq və psixologiyanı əhatə edən mövzularda məqalələr təqdim edən müstəqil yazıçı kimi çalışmışdır. 2010-cu ildə Sara Jio Penguin Random House ilə müqavilə bağlayır və o vaxtdan bu beynəlxalq nəşriyyat şirkəti bestselleri Böyürtkən qışı daxil olmaqla 11 roman nəşr edib. Onun romanları dünyanın 30-dan çox ölkəsində nəşr olunub və onlarla dilə tərcümə olunub.[5]
Biblioqrafiya
[redaktə | mənbəni redaktə et]- 2011 — Mart ayında Bənövşələr (ing. The Violets of March)
- 2011 — Duzlu külək (ing. The Bungalow)
- 2012 — Böyürtkən qışı (ing. Blackberry Winter)
- 2013 — Son Kameliya (ing. The Last Camellia)
- 2013 — Səhər parıltısı (ing. Morning Glory)
- 2014 — Ay cığırı (ing. Goodnight June)
- 2014 — Sakit sevgi sözləri (ing. The Look of Love)
- 2015 — Min üz arasında (ing. Always)
- 2018 — Sənə qayıt (ing. Back to you)
- 2019 — Parisin bütün çiçəkləri (ing. All the Flowers in Paris)[6]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Sara Jio". Qanun nəşriyyatı (az.). İstifadə tarixi: 2023-08-23.
- ↑ Steinke, SheKnows Editorial,Lisa; Editorial, SheKnows; Steinke, Lisa. "Lounging around with Sarah Jio". SheKnows. 31 December 2011. İstifadə tarixi: 7 December 2021.
- ↑ Jio, Sarah. "7 Foods to Boost a Bad Mood". Woman's Day. 20 February 2012. İstifadə tarixi: 7 December 2021.
- ↑ "Orion snaps up Brown's 'uplifting' romantic debut | The Bookseller". www.thebookseller.com. İstifadə tarixi: 7 December 2021.
- ↑ "Books by Sarah Jio and Complete Book Reviews". PublishersWeekly.com (ingilis). İstifadə tarixi: 7 December 2021.
- ↑ https://knigki.net/biografii/874-sara-dzhio.html