Sos-art

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
"Allahım, bu ölümcül sevgidən qurtulmağıma kömək et", 1991.

Sos-art (rus. соц-арт) və ya sovet pop-artıkonseptualizmdə sənət növü.

Sos-art SSRİ-də meydana gəlmişdir. Yaradıcıları Vitali KomarAleksandr Melamid hesab edilir.[1] Sos-art sosialist realizminə və sovet estetikasına xas obraz, janr və klişeləri istifadə etməklə, onları tamam fərqli tərzdə istifadəçiyə çatdırmağı qarşısına məqsəd qoyur. SSRİ-də 1970-ci illərin sonunda alternativ incəsənətin əsasında dövlət idealogiyasının əksinə çıxan istiqamətlərdən biri idi. Sos-art sanki sovet incəsənətinin parodiyası kimi özünə yer tutmuşdu. Sosrealizmin təbliğ etdiyi şəxləri sos-artçılar ironik şəkildə və ironik adla adlandıraraq təqdim edirdilər. Sos-artı Avropanın pop-artı ilə əlaqələndirmək olar. Yəni sos-artın əmələ gəlməsində sürrealizm və pop-art anlayışları böyük rol oynayırdı. Sos-artın təkmilləşməsində Moskva konseptualizminin də rolu böyük olmuşdur. Özünəməxsus klişelər, simvollar, obrazlar, sovet siyasətinin fərqli motivləri meydana gətirən sos-art özündə onların əsl üzlərini və sovet idealogiyasının stereotiplərinini əks etdirərək bu eybəcərlikləri çılpaq surətdə tamaşaçılara çatdırmağa çalışırdılar. İroniya, qrotesk, kəskin dəyişiklik, sərbəst sitat gətirmə, müxtəlif formaların istifadəsi bu istiqamətin yadda qalıcı, eklektik bədii dili idi.

Moskva rəssamları Vitali Komar və Aleksandr Melamid sos-artın əsas nümayəndlərindən idilər və 70-ci illərin ikinci yarısından oların ətraflarında onlar kimi fikirləşən, ideya bölüşən bir çox rəssamlar toplaşmışdılar. Müxtəlif illərdə müxtəlif rəssamlar bu istiqamətə üz tutmağa başladılar. Onlardan Aleksandr Kosolapov, Leonid Sokov, Dmitri Priqov, Boris Orlov kimi rəssamlar "Yuva" və "Muxamor" art qruplarının üzvləri oldular. Sos art maneralarına görə fərqli rəssamları bir arada topladı. 1990-cı illərdə sos-artın tükəndiyi haqda deyimlər baş qaldırdı. Hakimiyyətin dəyişməsi səbəbi də artıq bu istqaməti aktual və maraqlı etmirdi. Artıq sosializm sistemi çökmüşdü. Nəticədə sos-art Rusiya posmtdernizminin bir hissəsi və contemporary art-ın əsas üslublarında idi.

Nümayəndələr

[redaktə | mənbəni redaktə et]
  1. "The Post-Utopian Art of Vitaly Komar & Aleksandr Melamid (Sots Art: 1970s, '80s)". russian.psydeshow.org. 2022-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-05.