Sur (Diyarbəkir)
Sur | |
---|---|
37°54′39″ şm. e. 40°14′12″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 2008 |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 21300 |
Digər | |
sur.bel.tr/turkce/ sur.gov.tr |
|
Vikianbarda əlaqəli mediafayllar |
Sur ― Türkiyənin Diyarbəkir ilinin ilçələrindən biri. Sur Diyarbəkır qalasının içərisində yerləşən tarixi yerdir. İlçə adını qala divarlarından (türk. sur) götürmüşdür.[1]
Tarix
[redaktə | mənbəni redaktə et]Sur ilçəsi 2008-ci ildə Diyarbəkir ilində mərkəzi tarixi yaşayış yeri olaraq qurulmuşdur. İlçə Dəclə çayının sahilində, Karaca vulkanının felsik lavası üzərində, dəniz səviyyəsindən təxminən 600 metr (2,000 ft) yuxarıda yerləşir. Bölgədəki çoxsaylı tarixi bina və tikili tarix boyu aid olduğu müxtəlif sivilizasiya və zəngin mədəniyyətlərin şahidi olmuşdur.[1]
Surun tarixi 7 500-cü ildən başlayır. Arxeoloji qazıntılar dünyanın ən qədim yaşayış məntəqəsinin bölgədə mövcud olduğunu göstərmişdir. Ərazidə hökm sürən sivilizasiyalara Hurrilər (Tunc dövrü), Mitanni (e.ə. 1500 — e.ə. 1300), Hettlər (e.ə. 1600 — e.ə. 1178), Aşşur (erkən tunc dövrü), Farslar (e.ə. 10 əsrin əvvəlləri), Makedoniya imperiyası (e.ə. 356 — e.ə. 323), Roma imperiyası, Bizans imperiyası, Kürd əsilli Mərvanilər, Əyyubi imperiyası və Osmanlı imperiyası daxildir.[1]
Siyasət
[redaktə | mənbəni redaktə et]İlçənin hazırkı bələdiyyə başçısı Feyme Filiz Buluttəkindir.[2] Kaymakam olara isə Abdullah Çiftçi təyin edilmişdir.[3]
Görməli yerləri
[redaktə | mənbəni redaktə et]Sur həm tarix, həm də mədəniyyət mərkəzidir. İlçə Tarixi Diyarbakır evləri, Diyarbəkir Arxeologiya muzeyi, Cahit Sıtkı Tarancı muzeyi, Müqəddəs Məryəm kafedralı, Süryani Pravoslav Kilsəsinə aid Müqəddəs Məryəm kilsəsi, Müqəddəs Qiraqos Erməni kilsəsi, Dəclə körpüsü, Dəlilər karvansarası, Həsən paşa karvansarası, Həzrəti Süleyman məscidi, Məhəmmədin 27 səhabəsinin qəbirləri, Nəbi məscidi, Şeyx Məttar məscidi və onun Dörd ayaqlı minarəsi, Diyarbəkir Ulu məscidi və Diyarbəkir qalası ilə yanaşı çoxsaylı karvansara, mədrəsə, şadırvan və müxtəlif tarixi dövrlərə aid kitabələri ehtiva edir.[1]
2015 qarşıdurması və bölgənin yenidən qurulması
[redaktə | mənbəni redaktə et]2015-ci ildə Kürdüstan Fəhlə Partiyası (PKK) ilə əlaqəli yaraqlılar Sur ilçəsinə daxil olaraq burada barrikadalar qurdular və küçələrdə səngər qazdılar.[4][5] Yerli rəhbərlik 11 dekabr 2015-ci il tarixində Surda 24 saat küçəyə çıxma qadağası tətbiq etdi və Türk Ordusunun Xüsusi Qüvvələr Komandanlığının 200-ə yaxın əsgəri evlərdə axtarış apardı.[6][7] Münaqişə əksər sakinlərin evlərini tərk etmələri ilə nəticələndi.[8] Sur ilçəsinin müxtəlif məhəllələrində tərk edilmiş evlərdə silahlılar məskunlaşdı və PKK ilə Türk Ordusunun Xüsusi Təyinatlı Qüvvələri arasındakı qarşıdurmalar 2016-cı ilin əvvəllərinə qədər davam etdi.[9][10]
Amnesty International 300 000 insanın münaqişə nəticəsində evlərini tərk etdiyini taxmin etmiş və hökumətin cavabını "kollektiv cəza" adlandırmışdır.[11] International Crisis Group baş verən qarşıdurmada təxminən 1 700 nəfərin öldüyünü qeyd etmiş və köçkün sayını 350 000 olaraq qiymətləndirmişdir.[12] Human Rights Watch isə Türkiyə hökumətini "Türkiyənin cənub-şərqində mülki şəxslərə qarşı kütləvi sui-istifadə hallarına görə bölgənin müstəqil araşdırmalar üçün bağlı olması" səbəbi ilə tənqid edib.[13]
Bu müddətdə bir çox ev dağıdılmış və qeydiyyata alınan tarixi binalar ciddi şəkildə ziyan görmüşdü. 2016-cı ilin mart ayında hökumət bütün zədələnmiş tarixi tikililərin bərpası və dağılmış evlərin orijinal üslubuna uyğun olaraq yenidən qurulması üçün layihəyə başladı.[8] Bununla birlikdə, layihə Türk Memarlar və Mühəndislər Birliyi tərəfindən tənqid olundu və layihənin "müdafiə mərkəzli yanaşma" şəklini alacağı və bunun üçün bəzi tarixi tikililərin məhv edilməsinin tələb ediləcəyi iddia edildi.[14]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 "İlçenin Kuruluşu ve Kısa Tarihçesi" (Turkish). Sur Kaymakamlığı. 2017-05-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-18.
- ↑ "Diyarbakır Sur Seçim Sonuçları - 31 Mart Diyarbakır Sur Yerel Seçim Sonuçları". secim.haberler.com (türk). İstifadə tarixi: 2019-11-08.
- ↑ "Diyarbakır Sur Kaymakamlığı". www.sur.gov.tr. 2010-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-08.
- ↑ "Sur'da hendek ve barikatların yüzde 95'i temizlendi". Sabah (türk). 2016-02-15. 2021-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-02.
- ↑ "Army: 279 PKK militants killed in Sur operation - LOCAL". Hürriyet Daily News | LEADING NEWS SOURCE FOR TURKEY AND THE REGION (ingilis). 2016-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-30.
- ↑ Ergan, Uğur. "Diyarbakır Sur'a özel ordu birlikleri girdi". Hürriyet (Turkish). 2016-01-18. 2016-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-25.
- ↑ (www.dw.com), Deutsche Welle. "Death and destruction in Diyarbakir | Europe | DW | 28.01.2016". DW.COM (ingilis). 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-30.
- ↑ 1 2 "Sur nasıl yeniden inşa edilecek?". BBC (Turkish). 2016-03-26. 2022-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-25.
- ↑ "Hürriyet Sur'a girdi teröristler mermi yağdırdı". Hürriyet (Turkish). 2015-12-29. 2016-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-25.
- ↑ "Diyarbakır Sur'daki çatışmaların sıcak görüntüleri". Hürriyet (Turkish). 2016-02-02. 2017-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-25.
- ↑ "Turkish Kurds are heading back to the war-ravaged city of Diyarbakir as a curfew is lifted". The Independent (ingilis). 2016-03-19. 2018-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-30.
- ↑ "Turkey's PKK Conflict: The Death Toll | Crisis Group". blog.crisisgroup.org (ingilis). 2017-06-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-30.
- ↑ "Turkey: State Blocks Probes of Southeast Killings". Human Rights Watch (ingilis). 2016-07-11. 2022-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-30.
- ↑ "Reconstruction work brings more gloom to southeast Turkey". Al-Monitor (ingilis). 2017-01-24. 2020-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-30.