Tomas Kurtis

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tomas Kurtis
Şəxsi məlumatlar
Tam adı Tomas Pelham Kurtis
Vətəndaşlığı ABŞ Birləşmiş Ştatlar
Doğum tarixi
Doğum yeri San-Fransisкo, Birləşmiş Ştatlar
Vəfat tarixi (71 yaşında)
Vəfat yeri Nahant, Birləşmiş Ştatlar
Təhsili
Boyu 176 sm
Çəkisi 66 kq
İdman növü Yüngül atletiкa
Medallar

Tomas "Tom" Kurtis (d. 9 yanvar 1873; San-Fransisкo, Birləşmiş Ştatlar - ö. 23 may 1944; Nahant, Birləşmiş Ştatlar) — Birləşmiş Ştatları təmsil edən yüngül atlet. 1896 Afina Olimpiadasında qızıl medal qazanıb.

Tomas Kurtis 1873-cü ilin 9 yanvar günündə Birləşmiş Ştatların Kaliforniya ştatının San-Fransisкo şəhərində anadan olub. 1944-cü ilin 23 may tarixində isə Massaçusets ştatının Nahant şəhərində ömrünün 71-ci yaşında vəfat edib.

Afina Olimpiadası

[redaktə | mənbəni redaktə et]

Tomas Kurtis 1896-cı ildə Yunanıstanın Afina şəhərində I Yay Olimpiya Oyunlarına qatıldı. 110 metr məsafəyə sədli qaçış yarışlarında mübarizə aparan Kurtis təsnifat mərhələsində 18.0 saniyə nəticə ilə 1-ci yeri tutdu və finala vəsiqə qazandı. Finalda isə 17.6 saniyə nəticəyə imza atan Tomas Kurtis I Yay Olimpiya Oyunlarının qızıl medalını qazandı.

Tomas Kurtis Afina Olimpiadasında həm də 100 metr məsafəyə qaçış yarışlarında qüvvəsini sınadı. Kurtis təsnifat mərhələsində 12.2 saniyə nəticə ilə 1-ci yeri tutdu və finala vəsiqə qazandı. Amma Tomas Kurtis həmin yarışların finalına bir-sıra səbəblərdən qatılmadı.