Una Milli Parkı
Una Milli Parkı | |
---|---|
bosn. Nacionalni park Una | |
| |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 198 km2 ha |
Mütləq hündürlüyü | 374 m[2] |
Yaradılma tarixi | 29 may 2008 |
Faunası | 120 növ quş, 12 növ sürünən, 15 növ balıq, 60 növ məməli[1] |
Yerləşməsi | |
44°29′42″ şm. e. 16°08′05″ ş. u.HGYO | |
Ölkə | Bosniya və Herseqovina |
Vilayət | Bosanska Krayina |
Yaxın şəhər | Bihaç |
nationalpark-una.ba | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Una Milli Parkı (bosn. Nacionalni park Una) — 2008-ci ildə Bosniya və Herseqovinada qurulan milli park. Milli park Bosniya və Herseqovinanın ən yeni qurulan milli parkıdır. Milli parkın içindən keçən və çirklənməyən Una və Unaç çaylarını qorumaq üçün təşkil olunmuşdur.
Coğrafiya
[redaktə | mənbəni redaktə et]Milli park Krka çayının mənbəyinin qərb sahili boyunca uzanır. Bosniya və Herseqovinanın Xorvatiya ilə sərhədində Una çayı ilə, Martin Brod şəhəri yaxınlığında isə Unaç çayı ilə birləşir. Milli parkın şərqində, Drvar şəhərinin yaxınlığında Unaç çayı öz kanyonuna daxil olur.
Su hövzələri
[redaktə | mənbəni redaktə et]Milli parkdakı şəlalələr diqqət çəkir. Ən məşhur şəlalələr Ştrabaçki şəlalələridir. Milli parkda ziyarətçilər salçılıq, balıqçılıq, velosiped idmanı, yürüyüş ilə məşğul ola bilərlər. Bixaç və Bosanska Krupadakı şəhər körpülərindən də tullanmaq xeyli məşhurluq qazanıb.
Biologiya
[redaktə | mənbəni redaktə et]Burada 15 balıq növü, 120 quş növü, adi vaşaq, tülkü, ayı, canavar, qarapaça daxil olmaqla müxtəlif məməli növləri yaşayır.
Milli parkda iki dəstədə (tısbağalar və pulcuqlular) olmaqla 12 sürünən növü yaşayır. Əsas növlər bunlardır: qəhvəyi pulcuqlu kərtənkələ, Velebit kərtənkələsi və çayır gürzəsi. Buradakı sürünənlərin çoxu qitədə geniş yayılmış növlərdir, lakin bəzi istisnalar vardır: Balkan yarımadasında endemik olan şərq çəmənlik kərtənkələsi və Bosniya adi gürzəsi.[3]
Arxeologiya
[redaktə | mənbəni redaktə et]Ərazi həm də qədim tarixi ilə seçilir və arxeoloji qazıntı işləri aparılır. Milançeva Kula qəsri, Rmanj monastırı, Kule Vakuf kəndinin yaxınlığındakı Ostroviça qalası, Ostrovaç qalası burada yerləşir.
Qalereya
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2015-05-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-16.
- ↑ GeoNames (ing.). 2005.
- ↑ "Arxivlənmiş surət". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-23.