Vaqa çayı
Vaqa çayı | |
---|---|
Ölkə | |
Vikianbarda əlaqəli mediafayllar |
Vaqa çayı (和賀川, Waga-gawa) — Yaponiyada Honşu adasında İvate prefekturasının ərazisində çay. Ou dağlarından[1] Vaqa dağının yaxınlığından başlayaraq, Kitakami şəhərinin cənub tərəfindən axan Kitakami çayı ilə birləşir.[2]
Həm Vaqa çayının, həm də onun əsas qolu Geto çayının (夏油川, Geto-gawa) suları çoxsaylı onsenlər üçün isti bulaqlar təmin edən geoloji cəhətdən aktiv ərazilərdə yerləşir. Çayın mənbəyində məşhur xizək kurortu yerləşir.
Tarixi
[redaktə | mənbəni redaktə et]E.ə Vaqa çayı ətrafında Comon xalqı yaşayırdı. Onlardan qalan artefaktlara bir çox yerlərdə rast gəlmək olar. Son Comon dövrünə (e.ə. 1300 - 300) aid daş qılınclar, lövhələr və alətlər, habelə gil heykəlciklər, sırğalar, dulusçuluq parçaları və hətta köpəkbalığının dişi tapılmışdır.
1945-ci ildə çayın cənub tərəfində indi Kinşu gölü kimi tanınan ərazidə, İşibane bəndinin yaxınlığında kiçik bir təyyarə zavodu tikildi.
İşibane bəndi 1954-cü ildə Kitakaminin qərbindəki Vaqa çayında iki il ərzində tikildi.
1964-cü ildə daha böyük bir su anbarı olan Kinşu gölü (錦秋湖, Kinshū-ko), 1974-1990-cı illərdə Geto çayında İrihata bəndi yaradıldı.
Ekologiyası
[redaktə | mənbəni redaktə et]Vaqa çayında Salix hukaoana[3] endemik söyüd növü yetişir.
Çayda Salmon, Alabalıq, Daka,[4] Kottus,[5] Skatlar və s. balıq növlərinə rast gəlinir.
Qalereyası
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2024-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-11.
- ↑ "Arxivlənmiş surət". 2024-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-11.
- ↑ "Arxivlənmiş surət". 2023-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-11.
- ↑ "Arxivlənmiş surət". 2024-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-11.
- ↑ "Arxivlənmiş surət". 2024-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-11.