Xüsusi Hava Xidməti

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Xüsusi Hava Xidməti
Növü Xüsüsi təyinatlılar.
Yaranma tarixi 22 iyul 1941 – 30 iyun 1946, və 1 may 1947 ci ildən fəaliyyati bərpa olunub
Ölkə Böyük Britaniya
Daxildir UK Special Forces (Böyük Britaniyanın xsüsi təyinatlıları)
Vəzifəsi Xüsüsi əməliyyatlar, Terrorizmlə mübarizə
Sayı 3 polk. 1000 nəfər
Qərargah Xartford
Şüarı Who Dares Wins ("Mərd qalib gəlir")
Müharibələr İkinci dünya müharibəsi
Döyüşlər
Komandanlıq
Komandir General Çarlz Qutri
army.mod.uk
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Special Air Service və ya SAS (Azərb. Xüsusi Hava Xidməti) — Böyük Britaniya Silahlı Qüvvələrinin Xüsüsi Təyinatlılar bölməsi.

SAS hərbi bölməsi 24 avqust 1941-ci ildə, İkinci dünya müharibəsi zamanı leytenant Devid Sterlinq tərəfindən yaradılmışdır. Bölmə Hava-Desantında xidmət edən könüllülərdən ibarət idi. Bölmənin əsas vəzifəsi Şimali Afrikada düşmənə qarşı reydlər keçirməkdən ibarət idi. 30 noyabr 1946-cı ildə bölmə dağıdılmışdır, ancaq 1947-ci ildə SAS hərbi bölməsi yenidən yaradılmışdır. SAS bugünəcən fəaliyyət göstərir.

SAS xüsüsi təyinatlıların əsas vəzifəsi bulardır:

  • Birləşmiş Krallığ hökumətinin siyasətinə dəstək
  • Terrorçuluğa qarşı həm ölkənin içində həm də dünyada mübarizə
  • Digər ölkələrdən əsgər yığımı və hazırlanması

Qəbul, seçim və təlim

[redaktə | mənbəni redaktə et]
Pen y Fan yüksəkliyi. Dəniz səviyyəsindən 886 m hündürlükdə.

Birləşmiş Krallığın Xüsusi Təyinatlıları heç vaxt birbaşa ictimaiyyət arasından seçilmir. Silahlı Qüvvələrin bütün hazırkı üzvləri bura qoşulmaq üçün seçim mərhələsində iştirak edə bilər, lakin namizədlərin əksər hissəsi keçmişdə komando və ya desant olanlardır. Seçim mərhələsi ildə 2 dəfə, yayda və qışda olur. Bu mərhələ təqribən 200 nəfər namizədin iştirakı ilə 5 həftə davam edir. Namizədlər ilk növbədə Şəxsi Fitness Testi (PFT) və İllik Fitness Testini (AFT) tamamlamalıdır. Sonra onlar vaxta qarşı yarışırlar, hər növbəti gün qaçmalı olduğu məsafələr artırılır. Namizədlər dözümlülüyün yoxlanması zamanı tam təchizatla, 20 saat ərzində, 64 km yeriyərək Pen y Fan yüksəkliyinə qalxıb, enməlidirlər. Bu mərhələnin ardınca namizədlər 6.4 km məsafəni 30 dəqiqədə qaçmalı və 3.2 km məsafəni isə maksimum 90 dəqiqə üzüb keçməlidir.

Sonra namizədlər Beliz, Bruney və ya Malayziyada cəngəllik mərhələsindən keçməlidir. Bu mərhələdə onlar cəngəllikdə sağ qalma, istiqaməti müəyyən etmə kimi testlərdən keçirlər. Təlimi bitirdikdən sonra namizədlər döyüş təyyarələrində Hereforda qayıdır. Sonuncu seçim testi və mübahisəli olaraq ən çətini hesab olunan sorğulama müqaviməti (RTI) isə 36 saat davam edir.

Adətən, namizədlərin 15–20%-i yüksəklik mərhələsini keçir. 200 namizədin əksəriyyəti təlimin elə ilk günlərindən keçə bilmir. Təlimin sonuna isə 30 nəfər qalır. Bütün seçim mərhələlərini tamamlayanlar əməliyyat heyətinə daxil olur.

  • Diemaco C7A1 növlü Avtomat
  • Diemaco C8A1 Karabini.
  • Heckler & Koch MP5
  • FN MİNİMİ pulemyotu.
  • M203 qranatamyotu
  • Browing Hi-Power tapancası
  • Sig Sauer P226 tapancası
  • HK USP tapancası
  • L96 A1 snayperi
  • M18 A1 minaları.