40°22′49″ şm. e. 49°49′21″ ş. u.HGYO

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi
XXI century, XXI əsr
Loqonun şəkli
Xəritə
40°22′49″ şm. e. 49°49′21″ ş. u.HGYO
Şüar Şagirdlərimizin, 21-ci əsrdə uğurlu olmaları üçün tələb olunan əsas bacarıqları onlara qazandıran və məzunu olmaqdan həyatları boyu qürur duyduqları bir məktəb olmaq.
Əsası qoyulub 2001
Tip İbtidai və tam orta məktəb.
Direktor Müşahidə şurasının sədri: Fərhad Qaraşov
İcraçı direktor: Müzəffər İsmayılov
Tələbə sayı 530
Müəllim sayı pedaqoji heyət: 145 nəfər
Şəhər Bakı
Ölkə
Ünvan Bakı şəhəri Yasamal rayonu, İnşaatçilar prospekti 98.
Sayt 21century.edu.az/az/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya MərkəziAzərbaycan Respublikasının Bakı şəhərində ümumi təhsil müəssisəsi, ölkənin ilk özəl məktəblərindən biri kimi 2001-ci ildə təsis edilmişdir və hal-hazırda Azərbaycan, rusingilis bölmələri üzrə 3–17 yaşlı uşaqların milli və tanınmış beynəlxalq kurikulumlar (Kembric (Primary, Secondary, IGCSE, AS/A Levels), IBDP üzrə təhsil aldığı tədris mərkəzlərindən biridir. Mərkəz, 500-dan çox şagirdə təhsil xidməti göstərir.[1]

Bağça və məktəbə hazırlıq

[redaktə | mənbəni redaktə et]

Mərkəzin nəzdində məktəbəqədər təhsil müəssisəsi "Kipinä Baku" adı ilə fəaliyyət göstərir. Məktəbəqədər təhsil pilləsinə, Azərbaycan, rusingilis bölmələri üzrə 3–5 yaşlı uşaqlar qəbul edilir. "Kipinä" brendi "Finlandiya dövlət məktəbəqədər təhsil proqramı" əsasında yaranmış qlobal markadır.[1]

İbtidai məktəb

[redaktə | mənbəni redaktə et]

Mərkəz üç bölmə üzrə Azərbaycan, rusingilis dillərində təhsil verir. Azərbaycan və rus dilində təhsil Azərbaycan Respublikasının Təhsil Nazirliyinin təsdiq etdiyi milli kurikulum əsasında, ingilis dilində təhsil isə Kembric kurikulumu əsasında, Kembric Beynəlxalq Məktəbi statusu ilə fəaliyyət göstərir. İbtidai sinifləri məktəb daxilində ayrıca korpusda yerləşdirilir və siniflərdə orta uşaq sayı maksimum 18 nəfərlə məhdudlaşdırılır.[1]

Orta və tam orta məktəb

[redaktə | mənbəni redaktə et]

Mərkəz daxilində fəaliyyət göstərən orta və tam orta məktəbdə üç bölmə üzrə, Azərbaycan, rusingilis dillərində təhsil verilir. Azərbaycan və rus dilində təhsil Azərbaycan Respublikasının Təhsil Nazirliyinin təsdiq etdiyi milli kurikulum, ingilis dilində təhsil isə Kembric kurikulumuBeynəlxalq Bakalavriat Diplom Proqramı (IB DP) əsasında aparılır. Mərkəz Kembric Beynəlxalq MəktəbiIB Dünya Məktəbi statusu ilə fəaliyyət göstərir. Bu təhsil pilləsi üzrə şagirdlərin təhsilləri 10–11-ci siniflər üzrə müxtəlif təmayüllər üzrə qurulur və şagirdlər daha kiçik qruplarda (4–5 nəfər) imtahan verəcəkləri fənnlər üzrə daha intensiv tədrisə cəlb edilir.[1]

Beynəlxalq məktəb

[redaktə | mənbəni redaktə et]
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin şagirdləri.
Şagirdlərin tədris prosesi.
Şagirdlər yeni biliklərə yiyələnirlər.

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi dünyanın aparıcı universiteti olan Kembric Universitetinə məxsus yeganə imtahan mərkəzi olan, Beynəlxalq Təhsilin Kembric Qiymətləndirmə (Cambridge Assessment International Education) sistemində qeydiyyatdan keçmiş rəsmi beynəlxalq məktəbdir.[1]

Beynəlxalq Kembric proqramı ibtidai (1–5) və orta tədris prosesini (6−10) əhatə edir. Beynəlxalq Bakalavriat Diplom Proqramı isə yuxarı (10–11) siniflərdə tədris olunur. Kembric Beynəlxalq məktəbi olaraq (5–16) yaşlı şagirdlər üçün Kembric (ibtidai, aşağı orta və yuxarı orta) International General Certificate of Secondary Education proqramları təklif olunur.

İngilis bölməsində təhsil alan şagird aşağı orta pilləni müvəffəqiyyətlə bitirib yuxarı orta pillədə təhsilini davam edir. Bu mərhələdə (9–10-cu siniflər üzrə) şagirdlər, yeniyetmələr üçün nəzərdə tutulan dünyanın beynəlxalq kvalifikasiyası olan IGCSE (Beynəlxalq Ümumi Orta Təhsil Sertifikatı) proqramı üzrə təhsil almağa başlayırlar.

Bu proqram çərçivəsində, ixtisaslarına müvafiq şəkildə şagirdlər, Beynəlxalq Kembric Proqramının onlara təklif etdiyi fənlər üzrə hazırlaşmağa başlayırlar. IGCSE fənninin tədrisi üzrə standart kurs 130 saat nəzərdə tutulub, lakin şagirdlərin seçdikləri istiqamətlər üzrə müəyyən olunan hər bir fənn üçün iki illik kurs Mərkəzdə 200–210 saat nəzərdə tutulub. Beynəlxalq IGCSE (Cambridge IGCSE) proqramı Beynəlxalq Kembric AS & A Dərəcələrinə (Cambridge International AS & A Levels) hazırlıq mərhələsidir.[1]

Cambridge International A Level adətən iki il, Cambridge International AS Level isə adətən bir il davam edir. Cambridge International AS və A Level, Britaniyadakı məktəblərdə təhsil alan şagirdlərin əldə etdiyi AS və A Level ilə bərabər tutulur və bütün Britaniya universitetləri, eləcə də İrlandiya, ABŞ, Avstraliya, Yeni Zelandiya, Sinqapur, Cənubi Afrika, Niderland, Almaniya, İspaniyaKanada universitetləri də daxil olmaqla dünyanın bir çox tanınmış və nüfuzlu universitetlərində təhsil alma haqqı qazanmaq üçün nəzərdə tutulur.

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi həm də baş ofisi İsveçrədə yerləşən, 1968-ci ildə yaradılmış Beynəlxalq Bakalavriat-The International Baccalaureate® (IB) təşkilatında qeydiyyatdan keçmiş səlahiyyətli IB Dünya Məktəbidir. Mərkəz, 16–17-yaşlı şagirdlər üçün nəzərdə tutulan Diplom Proqramını (IB DP) təklif edir. IB Diplom Proqramı 2 il davam edir. Şagirdlər IB Diplom Proqramına 10-cu sinifdə qəbul olunur, 11-ci sinifdə bitirirlər. Bu proqramı üzrə kurslar həm ali, həm də standart səviyyə üzrə təklif olunur. Hər bir şagird həm ali, həm də standart səviyyə üzrə 3 fənn seçir. Hər iki səviyyə üzrə fənlərin müddəti iki il olmasına baxmayaraq, ali və standart səviyyə arasında müəyyən fərqlər vardır.[1]

Dərsdənkənar fəaliyyətlər

[redaktə | mənbəni redaktə et]
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin üzgüçülük hovuzu.
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin Robotika məşğələsi.
Rəsm məşğələsi.

Mərkəzdə aşağıdakı dərnəklər fəaliyyət göstərir:

Dillər

  1. Alman dili
  2. Fransız dili
  3. İspan dili
  • Şahmat
  • Üzgüçülük
  • Kapoeyra
  • Rəqs
  • Rəsm (Sehirli fırça)
  • Piano
  • Gitara
  • Robotika (Robotics)
  • Futbol

Tədris fəlsəfəsi

[redaktə | mənbəni redaktə et]

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi inkişafa açıq zehniyyəti dəstəkləyən, fərdi öyrənmə ehtiyaclarına uyğun, şagirdlərin hərtərəfli inkişafını təmin edən və onlara 21-ci əsrin daha rəqabətli şəraitində vacib hesab edilən bilik və bacarıqları qazandıran mühitdə təhsil verir. Mərkəz özünü aşağıdakı istiqamətlər üzrə digər təhsil Mərkəzlərindən fərqləndirir:

  • Beynəlxalq səviyyədə təhsil-Mərkəz, rəsmi qeydə alınmış Kembric Beynəlxalq Məktəbi və IB Dünya Məktəbidir ;
  • Fərdi yanaşma-individual bacarıqlara görə xüsusiləşdirilmiş təhsil modelindən istifadə edilir;
  • Gələcək üçün öyrənmə-şagirlərin "21-ci əsr bacarıqları" adlandırılan xüsusiyyətləri inkişaf etdiriilir və onlar gələcək rəqabət mühitinə hazırlanır ;
  • İnkişafa açıq-inkişaf yönümlü düşüncə konsepsiyası ilə şagirdlərə nailiyyət əldə etmələri üçün istiqamət veriilir ;
  • Hərtərəfli inkişaf-şagirdlərin təkcə dərslərində inkişafı deyil, həmçinin onların hərtərəfli inkişafı dəstəklənir.[1]

STEAM Mərkəzi

[redaktə | mənbəni redaktə et]

Science, Technology, Engineering, Arts, Mathematics sözlərinin baş hərflərindən formalaşan STEAM sözü, elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat sahələrinin birilikdə istifadə edilərək şagirdlərə istehsal əsaslı təhsil imkanı verir. Mərkəzin STEAM Mərkəzində aşağıdakı istiqamətlərdə müxtəlif məşğələlər aparılır :

  1. Robotics-Şagirdlər ibtidai siniflərdən başlayaraq öz yaş qruplarına uyğun Lego setləri ilə işləyərək öz robotlarını hazırlama və proqramlaşdırma imkanı əldə edir.
  2. Kodlaşdırma-Şagirdlər ibtidai siniflərdən başlamaqla 11-ci sinfə qədər yaşlarına uyğun dilləri ilə kodlaşdırmanı öyrənirlər.
  3. Rəsm atelyesi-Uşaqların xəyal qurma və onu vizual olaraq ifadə etmə bacarıqlarını inkişaf etdirir.[1]

Ümumtəhsil məktəbinə 1-ci sinifdən 11-ci sinfə qədər olan şagirdlər qəbul edilir. 1-ci sinfə qəbul, şagirdin məktəbə hazırlıq səviyyəsini müəyyənləşdirən sınaqla aparılır. 2–11-ci siniflərin Məktəbə qəbul zamanı şagirdlər ilk növbədə intellektual səviyyələrini, yaradıcı qabiliyyətlərini və şəxsi kefiyyətlərini müəyyən edən psixoloji testdən keçirlər. Daha sonra isə şagirdlərin bilik səviyyəsini müəyyən etmək məqsədi ilə ayrı-ayrı fənn bloku üzrə test imtahanı keçirilir.[2]

" "Şagirdlərimizin, 21-ci əsrdə uğurlu olmaları üçün tələb olunan əsas bacarıqları onlara qazandıran, uğurlarının təməlində məktəbdə əldə etdikləri bilik və bacarıqların əsas rol oynamasını təmin edən və məzunu olmaqdan həyatları boyu qürur duyduqları bir məktəb olmaq." – XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi.[3] "
Panoram XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]