Yaşamaq (film, 1952)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yaşamaq
yap. 生きる
Janr dram filmi[1][2]
Əsas mövzu qocalıq
Rejissor
Prodüser
  • Sociro Motoki[d]
Ssenari müəllifləri
Baş rollarda Takaşi Şimura, Miki Odaqiri
Operator
  • Asakadzu Nakai[d]
Montajçı Akira Kurosava
İstehsalçı Toho[d]
Distribütor Toho[d], Netflix
İlk baxış tarixi 9 oktyabr 1952
Müddət 143 dəq.
Ölkə
Dil yapon dili
Rəng rəngsiz
IMDb ID0044741
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yaşamaq (生きる, Ikiru?)Akira Kurosavanın rejissorluğu ilə çəkilmiş 1952-ci il istehsalı Yaponiya dram filmi. Baş rolda Takaşi Şimura oynayır. Film Tokio bürokratiyasının çatışmazlıqlarından və həyatın mənasından bəhs edir. Ssenari Lev Tolstoyun 1886-cı ildə yazdığı "İvan İlyiçin ölümü" novellasından təsirlənib.

Filmin əsas mövzularına yaşamağın yolu, bürokratiyanın çatışmazlıqları və Yaponiyada ailə həyatıdır. Bu mövzular akademiklər və tənqidçilər üçün mövzu olmuşdur. Film tənqidçilər tərəfindən bəyənilmiş, Kinema Cunpo və Mayniçi mükafatlarını qazanmışdır. 2007-ci ildə televiziya filmi remeyki çəkilmişdir.

Filmin baş qəhrəmanı Kanci Vatanabe adlı orta yaşlı dövlət məmurudur. O, öz bürokratik vəzifəsində 30 il boyunca monoton həyat tərzi keçirib. Həyat yoldaşı uzun müddət öncə ölüb, indi isə oğlu və gəlini ilə yaşayır. Bir gün Vatanabe mədə xərçəngi olduğunu və azı 6 aylıq ömrünün qaldığını öyrənir. 30 il boyunca heç nə etmədiyini anlayan Vatanabenin dünyası sarsılır və həyatı sorğulamağa başlayır.

Ölüm filmin əsas mövzusudur və baş qəhrəmanı həyatı sorğulamağa məcbur edir.[3] Vatanabe əvvəlcə həyatı istədiyi kimi yaşamaq üçün qadınlara və gecə klublarına gedir, lakin 1915-ci ilin "Gondola no Uta" mahnısını oxuyaraq itkisini ifadə edir.[4] Professor Aleksandr Sesonske yazır ki, gecə klubu səhnəsində Vatanabe başa düşür ki, "əyləncə həyat deyil" və hər hansı məqsəd insan həyatına məna verir, "Happy Birthday to You" mahnısı onun yenidən doğuşunu simvolizə edir.[4] Toyo gənc olduğu üçün Vatanabe ondan nümunə götürərək həyatının son vaxtlarını yaşamağa çalışır və Vatanabenin "xilasedicisi" kimi çıxış edir.[5][6]

"Yaşamaq" filmi Yaponiya bürokratiyasının tənqididir.[3] Filmin açılış səhnəsində qadınlar oyun meydançasının tikilməsi üçün bürokratiyaya müraciət etsələr də, hamı onlara vecsiz yanaşır. Qadınların meydança tikilməsi üçün yazdıqları ərizə isə bunun mənasızlığını simvolizə edir.[7] Vatanabe də 30 il boyunca öz mövqeyini bu cür qoruduğuna görə əvvəlcə oyun meydançasının tikilməsi ilə məşğul olmaq istəmir.[8]

Yaponiyada sağlamlıq sistemi də filmdə bürokratik təsvir olunub.[9] Filmdə həkim patenalistik təsvir olunub və Vatanabe onun avtoritetliyinə qarşı çıxa bilmir.[10]

"Yaşamaq" filmi müasir Yaponiyada ailə həyatının vəziyyəti haqqında mənfi görünüş verir. Vatanabe uzun illər boyunca oğlu ilə yaşasa da, aralarında yaxşı münasibət formalaşmayıb. Oğlu Mitsuo Vatanabeni qardaşı kimi görür. Uşaqlar öz valideynlərinə hörmət etməyi unudurlar.[11] Urbanizasiyanın Yaponiya cəmiyyətinə neqativ təsirləri vurğulanır.[12]

Film Akira Kurosava ilə ssenarist Hideo Oquni arasındakı ilk əməkdaşlıqdır. Kurosava tezliklə öləcəyini öyrənən və az ömrü olduğunu bilən bir adam haqqında film çəkmək istəyirdi.[13] Oquni təcrübəli ssenarist idi və ona 500 min yen, digər ssenarist Şinobu Haşimotoya isə 150 min yen təklif edildi. Kurosava əvvəlcə Oquniyə demişdi ki, baş qəhrəmanın 75 günlük ömrü qalmalı və onun karyerası daha az əhəmiyyətli olmalıdır. Kurosava cinayətkar, evsiz və ya dövlət məmuru olan bir personaj istəmişdi.[14]

Ssenaristlər Lev Tolstoyun "İvan İlyiçin ölümü" npvellasından ilhamlanmağa və filmin ortasında personajı öldürməyə qərar vermişdirlər.[13] Filmin ilk adı "Kanci Vatanabenin həyatı" olsa da, Kurosava sonda adını "Yaşamaq" olaraq dəyişdirmişdir. Haşimoto yeni adı bəyənməsə də, Oquni adı dəstəkləmişdir. Ssenari 5 fevral 1952-ci ildə tamamlanmışdır.[14]

Film Yaponiyada Toho tərəfindən 9 oktyabr 1952-ci ildə buraxılmışdır.[15] 1954-cü ildə Berlin Beynəlxalq Film Festivalında nümayiş etdirilmişdir.[16]

ABŞ-da isə 1956-cı ildə Kaliforniyada "Ölümə məhkum" adı altında qısa müddətlik ekranlaşdırılmışdır. 29 yanvar 1960-cı ildə Nyu-Yorkda "Yaşamaq" adı altında nümayiş etdirilməyə başlamışdır.[17]

Film buraxıldıqdan sonra tənqidçilərdən müsbət rəylər almışdır.[18] Rocer Ebert 1996-cı ildə filmi "Ən yaxşı filmlər" siyahısına salmışdır və "Yeddi samuray" filminin tənqidi zamanı Kurosavanın ən yaxşı filmi adlandırmışdır.[19][20] 2008-ci ildə Time Out jurnalı filmi "humanist kinematoqrafiyanın triumflarından biri" adlandırmışdır.[21] Həmin il "The New Yorker"-dən Maykl Sraqou filmi "usta işi" kimi təsvir etmişdir.[22] Vatanabenin yelləncəkdə sallandığını səhnəni isə "ikonik" adlandırmışdır.[23][24][25]

"Empire" jurnalı 2008-ci ildə "Bütün dövrlərin ən yaxşı 500 filmi siyahısında" bu filmi 459-cu yerdə göstərmişdir.[26] Jurnalın 2010-cu ildəki "Dünya kinematoqrafiyasının ən yaxşı 100 filmi" siyahısında isə 44-cü yeri tutmuşdur.[27] Lakin 2016-cı ildə "The Daily Telegraph" filmi ən çox şişirdilmiş 10 filmdən biri kimi göstərmişdir.[28]

Mükafat Tarix Kateqoriya Qəbul edən Nəticə İst.
BAFTA mükafatı 1960 Ən yaxşı xarici aktyor Takaşi Şimura Namizəd [29]
Berlin Beynəlxalq Film Festivalı 18–29 iyun 1954 Berlin senatının xüsusi mükafatı Akira Kurosava Qazandı [15]
Kinema Cunpo mükafatı 1953 Ən yaxşı film Qazandı [15]
Mayniçi Film Mükafatı 1953 Ən yaxşı film Qazandı [15]
Ən yaxşı ssenari Akira Kurosava, Şinobu HaşimotoHideo Oquni Qazandı
Ən yaxşı səs Fumio Yanoquçi Qazandı
Təhsil Nazirliyi 1953 Təhsil Nazirliyi mükafatı Qazandı [15]
  1. 1 2 http://www.imdb.com/title/tt0044741/.
  2. 1 2 http://www.filmaffinity.com/es/film246184.html.
  3. 1 2 Sesonske, Alexander. "Ikiru". The Criterion Collection. 19 November 1990. 4 June 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 December 2016.
  4. 1 2 Thomas, 2011
  5. Richie, Donald. "Ikiru". The Criterion Collection. 5 January 2004. 4 June 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 December 2016.
  6. Yamada, Seiji; Maskarinec, Gregory; Greene, Gordon. "Cross-Cultural Ethics and the Moral Development of Physicians: Lessons from Kurosawa's Ikiru" (PDF). Family Medicine. 35. 2003: 167–169. 2010-07-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-09-13.
  7. Brannigan, 2009. səh. 354-355
  8. Lucken, 2016. səh. 113
  9. Brannigan, 2009. səh. 345
  10. Brannigan, 2009. səh. 355
  11. Iles, 2008. səh. 84
  12. Vicari, 2016. səh. 72
  13. 1 2 McGee, Scott. "Ikiru". Turner Classic Movies. 26 September 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 December 2016.
  14. 1 2 Hashimoto, 2015
  15. 1 2 3 4 5 Galbraith, 2008. səh. 88
  16. "PROGRAMME 1954". Berlin International Film Festival. 19 November 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 December 2016.
  17. Crowther, Bosley. "Screen: Drama Imported From Japan:'Ikiru' Has Premiere at the Little Carnegie Shimura Stars as Petty Government Aide". The New York Times. 30 January 1960. 20 December 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 December 2016.
  18. Lucken, 2016. səh. 108
  19. Ebert, Roger. "Ikiru :: rogerebert.com :: Great Movies". Chicago Sun-Times. September 29, 1996. 9 December 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 December 2016.
  20. Ebert, Roger. "The Seven Samurai :: rogerebert.com :: Great Movies". Chicago Sun-Times. August 19, 2001. 2006-02-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-01-16.
  21. Hammond, Wally. "Ikiru". Time Out. 15 July 2008. 2 December 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 December 2016.
  22. Sragow, Michael. "Movies". The New Yorker. 4 August 2008. 8 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 December 2016.
  23. Sooke, Alistair. "Film-makers on film: Scott Derrickson". The Daily Telegraph. 26 November 2005. 6 July 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 December 2016.
  24. Jardine, Dan. "Ikiru (Akira Kurosawa, 1952)". Slant Magazine. 23 March 2010. 21 June 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 December 2016.
  25. Mayward, Joel. "The Year in Liturgical Cinema: Ash Wednesday and Lent". Christianity Today. 10 February 2016. 7 June 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 December 2016.
  26. "The 500 Greatest Movies Of All Time". Empire. 3 October 2008. 24 September 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 December 2016.
  27. "The 100 Best Films Of World Cinema – 44. Ikiru". Empire. 11 June 2010. 6 September 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 December 2016.
  28. Robey, Tim. "10 most overrated films of all time". The Daily Telegraph. Telegraph Media Group. 6 August 2016. 5 December 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 December 2016.
  29. "Film in 1960". British Academy of Film and Television Arts. 8 August 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 December 2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]