Yalova Universiteti

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yalova universiteti
Yalova Üniversitesi[1]
Şüar İnkişaf edərək yarışırıq!
Əsası qoyulub 22 may 2008[2]
Tip Dövlət universiteti
Rektor Prof.Suad Cəbəci
Bakalavr sayı 5202
Magistrant sayı 1261
Şəhər Yalova
Ölkə
Ünvan Çınarcık Yolu Üzeri, 77200 Merkez/Yalova
Rənglər Firuzeyi və Tünd qırmızı
Sayt yalova.edu.tr

Yalova universitetiTürkiyənin Yalova ilində təsis edilmiş dövlət universitetidir. 27 mart 2018 tarixində universitetin rektoru Rəcəb Tayyib Ərdoğan tərəfindən professor Suad Cəbəci təyin edilmişdi.[4] Prof. Fəhimə Jülidə Hizal Ucasoy, Prof. Fikrət Yüksəl, Prof. Orxan Torkul rektor köməkçiləri kimi fəaliyyət göstərirlər.[5]

Akademik performansa dair universitet sıralaması labaratoriyasının araşdırmalarına əsasən 2019–2020 illəri etibarilə Türkiyədə akademik performans baxımından 12-ci sırada qərarlaşmışdı.

31 may 2008-ci il tarixli 26892 saylı sərəncama əsasən Yalova ilində təsisinə qərar verildi.[6] Uludağ Universiteti, Yalova Peşə Liseyi Yalova Universitetinin təməli hesab olunur. 1995-ci ildə Yalova ilinə aid bir universitetə ehtiyac olduğu üçün 22 yanvar 1996-cı ildə Yalova Ali Təhsil vəqfi, 19 fevral 2007-ci ildə isə Yalova Universiteti "Bərpa və Qorunma" dərnəyi qurulmuşdu. Yalova Universiteti 2008-ci ildə universitet təhsil fəaliyyətinə başladı.[7]

  • Hüquq fakültəsi;
  • İqtisadiyyat və İdarəetmə Fakültəsinin alt bölmələri;
  1. Əmək İqtisadiyyatı və Sənaye Münasibətləri;
  2. İqtisadiyyat;
  3. Biznes;
  4. Siyasi elm və dövlət idarəetməsi;
  5. Sosial xidmət;
  6. Beynəlxalq əlaqələr;
  7. Beynəlxalq Ticarət və Maliyyə
  • İslam Elmləri Fakültəsinin bölmələri;
  1. Əsas islam elmi;
  2. Fəlsəfə və dini tədqiqatlar;
  3. İslam tarixi və sənəti
  • Mühəndislik fakültəsinin bölmələri;
  1. Kompüter mühəndisliyi;
  2. Elektrik mühəndisliyi;
  3. Sənaye mühəndisliyi;
  4. Enerji sistemləri mühəndisliyi;
  5. İnşaat mühəndisliyi;
  6. Kimya mühəndisliyi;
  7. Maşınqayırma Polimer mühəndisliyi;
  8. Nəqliyyat mühəndisliyi;
  • İncəsənət və dizayn fakültəsinin bölmələri;
  1. Ünsiyyət sənəti;
  2. Qrafik dizayn;
  3. Daxili memarlıq;
  4. Ənənəvi türk sənətləri;
  • İdman fakültəsinin bölmələri;
  1. Məşq təlimi;
  2. İdman menecmenti;
  3. Bədən tərbiyəsi və idman tədrisi
  • Tibb elmləri fakültəsinin bölmələri;
  1. Sağlam qidalanma və pəhriz;
  2. Uşaqların inkişafı;
  3. Fiziki müalicə və reabilitasiya;
  4. Tibb bacısı
  1. https://web.archive.org/web/20230815060630/https://uye.ankos.org.tr/uyeler/.
  2. "Tarihçe". 8 Mar 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-29.
  3. 1 2 Directory of Open Access Journals. 2003.
  4. "PROF. DR. SUAT CEBECİ". 23 Mar 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-29.
  5. "Rektör yardımcıları". 8 Mar 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-29.
  6. "Yükseköğretim Kurumları Teşkilâtı Kanununda Ve Yükseköğretim Kurumları Öğretim Elemanlarının Kadroları Hakkında Kanun Hükmünde Kararname İle Genel Kadro Ve Usulü Hakkında Kanun Hükmünde Kararnameye Ekli Cetvellerde Değişiklik Yapılmasına Dair Kanun". 24 Sep 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-29.
  7. "Kuruluş yıllarına göre devlet universitelerimiz". 2011-07-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-11-29.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]