Yelena Yejova

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yelena Yejova
rus. Еле́на Ива́новна Ежо́ва
Doğum tarixi 1793
Doğum yeri
Vəfat tarixi 1853
Vəfat yeri
Milliyyəti rus
Vətəndaşlığı
Fəaliyyəti opera müğənnisi, aktrisa
Amplua komik aktrisa
Teatr Böyük teatr (Sankt-Peterburq)

Yelena İvanovna Yejova (rus. Еле́на Ива́новна Ежо́ва; 1793, Sankt-Peterburq1853, Sankt-Peterburq[1][2])— Rus teatr aktrisası. Yejova Sankt-Peterburq İmperator Truppasının artisti, opera müğənnisi (soprano və mezzo-soprano) və dramatik aktrisa idi.

Birinci dəfə nigaha daxil olduqda Qluxareva, ikinci evlilikdə isə Quseva soyadını daşıyıb.[3]

Yelena Yejova 1793-cü ildə Sankt-Peterburqda anadan olub. Bəzi lüğətlərdə səhv olaraq onun doğum tarixi 1787-ci il kimi göstərilir, lakin bu onun bacısı Yekaterinanın anadan olduğu ildir.[3][4][5] Onun doğma böyük bacısı Yekaterina Yejova da onun kimi eynilə Sankt-Peterburq truppasının dramatik aktrisası idi. Həmçinin onunla bərabər eyni səhnədə başqa bir bacısı Mariya (Marya) Yejova da çıxış edib.[6]

Yelena İvanovna Yejova da bacıları kimi ailəsi tərəfindən Sankt-Peterburq Teatr Məktəbinə oxumağa göndərilib. O, hələ tələbə olarkən səhnəyə ilk dəfə 1806-cı ildə çıxıb. İlk dəfə səhnədə Yelena M.M.Sokolovskinin "Dəyirmançı - sehrbaz, aldadıcı və ovçu" operasından Fetinya rolunu ifa edib. 1809-cu ildə Yejova dram məktəbini bitirdikdən dərhal sonra Sankt-Peterburq İmperator Truppasının opera hissəsinə qəbul edilib. Akademik opera rollarından əlavə, Yelena Yejova xalq mahnılarınının da mahir ifaçısı olub. Bütün yaradıcılığı boyu o, "Bolşoy Kamennı Teatrı"nın səhnəsində çıxış edib. O, orada əvvəlcə opera müğənnisi kimi, yaşa dolduqda isə (1820-ci illərdə) tamamilə dramatik rol ifaçısı kimi çalışıb.[5]

O, komik rolda dramatik aktrisa idi. Səhnədə Yelena əsasən adi insanların obrazlarını yaradırdı. Onun repertuarında əsgərlər, aşpazlar, dayələr, aşiqlər, qəzəbli qadınların obrazları üstünlük təşkil edirdi. Dövrün tənqidçiləri aktrisanın istedadının fərqli xüsusiyyətlərini "xarici ifadəliliyini, tonun səmimiliyini, nitq intonasiyalarının zənginliyi"ni xüsusi fərqləndirirlər. Onlar Yelenanın tipik dram aktrisası olduğunu açıq şəkildə vurğulayırlar. Onun Rusiyada dramatik rola ifaçısı olan aktrisaların sonrakı nəsillərinə təsirini qiymətləndirərək onların yaradıcılığında böyük yer tutduğunu yazırlar. Y.N.Linskaya, M.M.Aleksandrova, V.V.Strelskaya kimi bir sıra böyük sənətkarlar qadın komik rollarını ifa edərkən Yejovanın ənənələrinə davam edirdilər.[3]

Puşkarevin “Sankt-Peterburqun təsviri” tarixi kolleksiyasında Yejova Sankt-Peterburq İmperator Truppasının ən yaxşı aktrisalarından biri kimi qeyd edilib. Onun başına gələn əhvalatlardan biri XIX əsrin əvvəllərində imperator truppasının aktyorlarına olan münasibəti çox simvolik şəkildə göstərir. Belə ki, bir tərəfdən, imperiya Avropa mədəniyyətini, o cümlədən teatr mədəniyyətini Rusiyaya tanıtmaq üçün hər şeyi edirdi. Xüsusilə uğurlu aktyorlar xalqın kumirinə çevrilir və hərbi qəhrəmanlardan heç də pis olmayan məşhurluq qazanırdılar. Amma digər tərəfdən onların ictimai quruluşda yeri aydın müəyyən edilmişdi və bu yer sosial pillənin çox aşağısında idi. İmperator teatrları yanında teatr məktəbi onların intellektual inkişafı üçün heç bir iş görmürdü - sənətçilər çox vaxt oxumağı və yazmağı çətinliklə bacarırdılar və yazılı mətni mənimsəyə bilmədiklərindən rolları eşidərək öyrənirdilər. Aktrisa Elena Yejova ilə vəziyyətdə eyni idi və bu öz dövrü üçün olduqca adi hal sayılırdı. Günlərin bir günü o, artıq ahıl yaşında imperator teatrlarının direktoru A.Qedyonovun yanına gəlir və özü üçün benefines tamaşası istəyir. Qeyd edək ki, o zamanlar aktyorlar özü benefines tamaşasını hazırlayırdı. Onlar şəxsən tamaşanı seçir və adətən əsas rolu oynayırdılar. Öz seçdikləri başqa ifaçıları dəvət edir və tamaşadan gələn bütün gəliri alırdılar. Qedyonov o vaxta qədər imperiya truppasının müxtəlif teatrlarında çalışan aktrisaya cavab verir ki, ondan yazılı müraciət olmadan heç bir qərar verə bilməz. Oxuyub-yazmağı bacarmayan aktrisa bu müraciəti çətinliklə yazır. Özündən razı direktor ərizəyə “Rədd et” dərkənarı qoyur. Yarı savadlı qadın yazılanları dərhal başa düşmür və benefisini hazırlamaq üçün gedir. Yalnız bir müddət sonra aktyorlar məmurun yazdığı qətnaməni oxuyurlar. Belə alçaldıcı hərəkətlər dövr üçün qeyri-adi hal deyildi deyildi.[7]

Ümumilikdə, Yelena Yejova 40 ildən çox Sankt-Peterburq imperiyateatrının səhnəsində xidmət etmişdir. O, Suxoninin “Rus toyu” komediyasında oynayarkən səhnədə vəfat edib.[3] Katerino Kavosun musiqi repertuarını ifa etmişdir.[3][8][5]

Opera partiyaları

[redaktə | mənbəni redaktə et]
  • 1807 - S.İ.Davydov və ya K.Kavosun "Su pərisi" - Velida (ilk ifaçı);
  • 1809 - A.N.Titovun "Qız yığıncağı və ya Filatkanın toyu" - Solomonida (ilk ifaçı);
  • 1818 - L.V.Maurerin "Yeni bedlam və ya Dəlixanaya gəzinti" - Aqlaya (ilk ifaçı);
  • 1818 - F.A.Boildieunun "Avrılmış arabalar" - Madam Aurora de Qlisenvi (Rus səhnəsində ilk dəfə);
  • 1819 - M.M.Sokolovskinin "Dəyirmançı - sehrbaz, fırıldaqçı və ovçu" - Fetinya (ilk dəfə Sankt-Peterburq Böyük Teatrında);
  • 1820 - K.Kavosun "Yeni qarışıqlıq və ya başqa gəlinlərin bəyləri" - Qalçina (ilk ifaçı);
  • 1821 - L. Maurerin "Nişanlınızı atla məğlub edə bilməzsiniz və ya hər buludun gümüşü var" - Grimardo (ilk ifaçı);
  • 1822 - A.N.Verstovski və L.V.Maurerin "Karantin" - Briqadir Arbatova;
  • 1823 - F.E.Şolzun "Satılan bir qoşqu" - Andronovna (ilk dəfə Sankt-Peterburqda);
  • 1823 - Aleksandr Alyabyevin "Aylı gecə və ya qəhvəyi" - Trusimova (birinci ifaçı);
  • 1827 - Aleksandr Alyabyev və A.N.Verstovskinin "Arvadım evlənir" - Madam Boniçon (ilk dəfə Sankt-Peterburqda).[5]

Dramatik rolları

[redaktə | mənbəni redaktə et]
  • A.A.Şaxovskinin "İki əri olan və ya nə dalınca getsən, onu da tapacaqsan" - oyunbaz Kuzminiçna (ilk ifaçı);
  • Denis Fonvizinin "Kiçik" - Eremeyevna;
  • 19 aprel 1836-cı il - Nikolay Qoqolun "Müfəttiş" - mexanik Poşlepkina (ilk ifaçı);
  • 9 dekabr 1842 - "Evlilik" - Ara düzəldən Fekla (ilk ifaçı);
  • 20 yanvar 1884 - Aleksandr Ostrovskinin "Günahsız günahkarlar" - Annuşka (ilk dəfə Sankt-Peterburqda);
  • Bundan əlavə, Elena İvanovnanın 1830-1840-cı illərin repertuarından çoxlu sayda vodevil rolları var.[3]
  1. "Гусева Елена Ивановна (Ежова)". 2020-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-02.
  2. Гусева Елена Ивановна (Ежова) // Биографический словарь. 2000.
  3. 1 2 3 4 5 6 «Biografija.ru»
  4. Большая биографическая энциклопедия
  5. 1 2 3 4 Ежова Елена Ивановна // Отечественные певцы. 1750—1917: Словарь / Пружанский А. М. — Изд. 2-е испр. и доп. — М., 2008.
  6. Ежова, Екатерина Ивановна  // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
  7. "Российский государственный академический театр драмы им. А. С. Пушкина (Александринский театр)". 2019-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-16.
  8. Годовыя обозрѣнія русской и французской драматической сцены, оперы и балета (Третья часть, стр. 162)