Zabit Nəbizadə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Zabit Nəbizadə
Ümumi məlumatlar
Doğum adı Zabit Nəbizadə
Doğum tarixi 1 may 1965(1965-05-01) (59 yaş)
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti Xanəndə
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2006 "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2011

Zabit Nəbizadə (1 may 1965, Şıxzahırlı, Şamaxı rayonu) — Azərbaycan Respublikasının Xalq Artisti

Zabit Nəbizadə 1965-ci ildə Şamaxı rayonunun Şıxzahırlı kəndində doğulub.

Zabit Nəbizadə 1991-1995-ci illərdə A.Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunun "Solo oxuma" (xanəndəlik) şöbəsində, 1996-2000-ci illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr kollektivinin rejissoru" fakültəsində təhsil almışdır.

2000-ci ildən Bakı Musiqi Kollecində müəllim kimi fəaliyyət göstərən Zabit Nəbizadə, 2003-cü ildən Azərbaycan Milli Konservatoriyasının muğam şöbəsində pedaqoq kimi çalışır.

Sənətçi dəfələrlə xarici ölkələrdə qastrol səfərlərində Azərbaycanı layiqincə təmsil etmişdir. 2005-ci ildə Əməkdar Artist fəxri adına layiq görülmüşdür. 2011-ci ildə isə Xalq artisti fəxri adına layiq görülmüşdür. 10 may 2019-cu ildə Prezident Mükafatına layiq görülmüşdür.[1]

  1. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2019. 2019-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-10.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Zabit Nəbizadə - Mahur təsnifi (ƏliƏsgər Məmmədov - Tar, Xəyyam Əhrar Məmmədov- Kamança)[1]
  • Zabit Nəbizadə - Segah təsnifi (ƏliƏsgər Məmmədov - Tar, Xəyyam Məmmədov - Kamança)[2]
  • Zabit Nəbizadə - Şuşanın Dağları (Vamiq Məmmədəliyev - Tar, Mirnazim Əsədullayev - Kamança)[3]
  • Zabit Nəbizadə - Küçələrə Su Səpmişəm (Vamiq Məmmədəliyev - Tar, Mirnazim Əsədullayev - Kamança)[4]
  • Zabit Nəbizadə - Rahab muğamı (Vamiq Məmmədəliyev - Tar, Mirnazim Əsədullayev - Kamança)[5]
  • Zabit Nəbizadə - Güllü qafiyə (Vamiq Məmmədəliyev - Tar, Mirnazim Əsədullayev - Kamança)[6]