Evripid
Görünüş
Evripid | |||
Doğum tarixi | e.ə. 480 illər | ||
Doğum yeri | Salamin adası | ||
Vəfat tarixi | e.ə. 400 illər | ||
Vəfat yeri | Pella | ||
|
Evripid (bizim eradan əvvəl 480-406) - qədim yunan şair-dramaturqu
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağıllı şəkildə idarə olunan on əsgər, başsız yüz əsgəri döyəcək.
D
[redaktə]- Dostlar arasında hər şey ümumi olmalıdır.
- Dövlət o zaman möhkəm olur ki, qanunlara əməl edilsin.
Ə
[redaktə]- Əbədi sevməyən sevmir.
- Ədalətli və namuslu bir insanın dostluğu var-dövlət və zəngin maldan yaxşıdır.
- Ən böyük müdriklik özünə hakim ola bilməkdir.
- Əsl cəsarət ehtiyatlılıqdır.
H
[redaktə]- Hər şey dəyişər. Hər şey yerini tapar və sonra yox olar.
- Hər şey dostlar arasında paylaşılmalıdır. [1]
- Hökmdarlar və həkimlər bəraət yaxud ittiham ilə əlaqədar hər cür kənar xahişləri qətiyyətlə rədd etməlidirlər. [2]
İ
[redaktə]- İnsanlar qanunları, ədalətin işləməsi və şiddətin onun köləsi olması üçün meydana gətirdi.
- İnsanların ən ağıllısı öz yolu ilə gedir.
Q
[redaktə]- Qadının pisi qədər pis, yaxşısı qədər də yaxşı bir varlıq yoxdur.
- Qanunları zənginlərin mənfəəti üçün edirsiniz.
- Qəhrəmanlıq qəhrəmanla birgə ölmür, onun ömrü uzun olur.
M
[redaktə]- Məşq hər şeydə insanların ən yaxşı müəllimidir.
- Mühüm olan ruhdur. Gözəl bir çöhrədə gözəl bir ruh yoxdursa, nə fayda.
Ö
[redaktə]- Ölənlərə deyil, həyatın çətinlikləri ilə ağır mübarizə üçün doğulanlara yas tutmalısan.
P
[redaktə]- Padşah üç şeyi yadda saxlamalıdır: xalqı idarə edir, onları qanunlara uyğun idarə etməyə borcludur, əbədi olaraq idarə etməyəcək.
- Pis qadından pis heç nə yoxdur; və yaxşısından heç vaxt yaxşı heç nə yaradılmayıb.
- Pis adamın hədiyyələri heç vaxt xeyir gətirmir.
S
[redaktə]- Səhvimiz çox zaman – tam səadətimizdir. Hər bir insanın həyatı ağrılar, qüssələrlə doludur. Qüssə və ağrılarında sonu olmur.
Ş
[redaktə]- Şahlarla hakimlər bəraət və ya ittiham haqqında xahişlərə uymamalıdır.
- Şirindil cinayətkar daha ağır cəzaya layiqdir, çünki o, riya və yalanı təzələməkdə daha mahirdir.
T
[redaktə]- Təvazökarlıq, səma övladları qarşısında ehtiram hissi - fani insanın qazana biləcəyi bütün mükafatlar arasında, mən deyirəm, ən müdrikidir; ən yaxşısıdır.
U
[redaktə]- Uğur həmişə ağıllı insanların tərəfində döyüşür.
- Uğur sağlam düşüncəli insanları sevir.
Y
[redaktə]- Yaxşı insan əziyyət çəkəndə, özünü yaxşı hesab edən hər kəs onunla birlikdə əziyyət çəkməlidir.
- Yaxşı insan həmişə ən yaxşısını seçər.