Gi de Mopasson
Görünüş
Gi de Mopasson | ||||
Doğum tarixi | 5 avqust 1850 | |||
Doğum yeri | Tourville-sur-Arques | |||
Vəfat tarixi | 6 iyul 1893 | |||
Vəfat yeri | Pasi | |||
Dəfn yeri | Monparnas qəbiristanlığı | |||
|
Gi de Mopassan (5 avqust 1850 - 6 iyul 1893) — müasir kiçik hekayənin banisi olan XIX əsr Fransa yazıçısı.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ah, sahilində havası ilə nəfəs aldığınız sonsuz ərazini xatırladan geniş dünyagörüşlü insan tapmaq nə qədər çətindir!
- Axmaq və paxıl insanlar hər yerdə var.
- Aşiq olan insanlar sərxoş insanlara bənzəyir: içən içəcək, sevən isə sevəcək.
- Az, bacarıqsız və nadir hallarda nəvaziş göstərilən qadınlar miskin qayğılarla, iztirablarla, şöhrətpərəstliklə, pula hərisliklə, kədər, qəm-qüssə gətirən təsadüflərlə yaşayır.
B
[redaktə]- Bir- birimizə tam etibar edə bilsəydik, həyat necə də cazibədar olardı!
- Biz bilirik ki, sevgi ölüm kimi güclü, amma şüşə kimi kövrəkdir.
- Biz fikirləşmədən analarımızı sevirik və bu sevginin bütün dərinliklərini onlardan həmişəlik ayrılana qədər dərk etmirik.
- Biz qadın olsaq, heç nə bilmərik, ancaq təxmin edərik.[1]
- Biz niyə bu qədər əzab çəkirik? Görünür, ona görə ki, biz dünyaya ruh üçün yox, bədən üçün yaşamağa gəlmişik. Amma biz düşünmək qabiliyyətinə malikik və bizim ağılımız varlığın durğunluğu ilə barışmaq istəmir( "Əziz dost" romanından Norber de Varenin sözlərindən).
- Bizim dövrümüzdə, əzizim, siyasi oyunu seyr edərkən "qadını axtarmaq" deyil, "fayda axtarmaq" (Gi de Mopassanın "Əziz dost" romanından Madlen Forestyenin sözləri) demək lazımdır.
- Bizim yaddaşımız kainatdan daha mükəmməl bir dünyadır: o, dünyada olmayanları belə canlandıra bilir!
- Böyük sənətkarlar öz xüsusi illüziyalarını bəşəriyyətə tətbiq edənlərdir.
- Bu dünyada hər kəs özü üçündür. Qələbə qoçaqlara məxsusdur. Eqoizm hər şeydir. Dövlətə, şöhrətə hərislikdən doğan eqoizm, sevgi və qadın nəvazişindən irəli gələn eqoizmdən üstündür.
Ç
[redaktə]- Çox vaxt qınanmağa layiq bir hərəkət onu ruhlandıran bir niyyətə görə təriflənir (“Toppuş” hekayəsindən).
D
[redaktə]- Dahi- Parisdə ölmək üçün əyalətdə doğulan insandır.
- Doğrudanmı, əclaf yalnız dueldə vuruşduğuna görə daha əclaf olmur? Hansısa yaramazın təhqir etdiyi dürüst insan nə haqla sinəsini güllə qabağına verməlidir?( “Əziz dost” romanından Jorj Düryanın sözlərindən).
- Dünya güclülərə məxsusdur. Güclü və daha güclü olmaq lazımdır.
Ə
[redaktə]- Əgər biz qadınlar bir şeyi bilmiriksə, demək olar ki, həmişə təxmin edirik.
- Əgər dinc qonşularınıza hücum edirsinizsə, müharibə barbarlıqdır, vətəninizi müdafiə edirsinizsə, müqəddəs bir vəzifədir.
- Əllə görüşəndə bir əlin “Məni sevirsinizmi?” sualına digər əlin “Bəli, səni sevirəm” cavabından doğan sevinci heç nə ilə müqayisə etmək olmaz.
- Əsl sevgi məktubları onları alanlar üçün yox, yazanlar üçün təhlükəlidir.
G
[redaktə]- Gəmi qəzasından qaçan kapitan kimi dövlətin başında duran da müharibələrdən qaçmalıdır.
- Güclü insanlar istənilən halda öz məqsədlərinə çatır.
- Gülüş ölüb. Bir də ki, kim gülə bilər? Bizim hamımız gülünc insanlarıq (“Bizim ürəyimiz” romanından).
H
[redaktə]- Həyat bir dağdır. Qalxdıqca yuxarıya baxırsan və sən xoşbəxtsən, elə ki, zirvəyə çatırsan, eniş başlayır və irəlidə isə ölüm var və sənin dağa qalxmağın yavaş-yavaş, enişin isə tez-tez olur. ("Əziz dost" romanından).
- Həyatda sevgi ağılsızlığından başqa həqiqi heç nə yoxdur...
- Həyatdakı ən böyük ağrımız sonsuza qədər tək olmağımızdan qaynaqlanır və bütün səylərimiz, bütün səylərimiz o tənhalıqdan xilas olmaq üçün daha çətindir.
X
[redaktə]- Xahiş etməyi yox, təəssürat yaratmağı bacarmaq lazımdır.
- Xoşbəxtlik yalnız ümiddə, sonsuz illüziyadadır.
İ
[redaktə]- İnanın ki, özümüzü məlumatlı adam kimi göstərmək heç də çətin deyil. Əsas odur ki, səni cahil, məlumatsız hesab etməsinlər. Bunun üçün manevr etmək, çətin vəziyyətlərdən qaçmaq, maneləri dəf etmək və ensiklopediya lüğətindən istifadə edib başqalarının ağzını yummaq lazımdır. Çünki, bütün insanlar axmaq, cahil və yarımayan odun kötüyü kimidir.
- İnsan tez-tez səhv edir. Üstəlik, bütün ömrü boyu yalnız səhv etməklə məşğul olur.
- İnsanı inkişaf etdirən və tərbiyələndirən onun yaşadığı cəmiyyət və mühitdir. İnsan bir fərd olaraq yaşadığı cəmiyyətin övladıdır. [2]
- İnsanlar da kitab kimidir: hərflər eynidir, məzmun isə müxtəlif.
- ...insanlar şöhrətpərəstliyin hökm sürdüyü Kanna, qumarxananın cövlan etdiyi Monakoya, bu gül-çiçək açmış diyara gözə kül üfürmək, yaxud müflis olmaq üçün gəlirlər. İnsanlar burada öz bayağılıqlarını, səfeh iddialarını, aşağı həvəslərini, cəhalətliliklərini, həyasızlıqlarını və tamahkarlıqlarını nümayiş etdirirlər.
K
[redaktə]- Kifayət qədər nəvaziş görən qadınların heç nəyə ehtiyacı olmur, heç nədən peşman olmurlar. Çünki, şəhvət hər şeyi əvəz edir, hər şeyə məlhəm olur, hər şeydən təsəlli tapır.
- Kişi ilə qadının dostluğu keçmiş, yaxud gələcək sevgililərin münasibətidir!
Q
[redaktə]- Qadınlar həmişə mövcud olan şeylərdən fərqli şeylər gözləyirlər.
- Qaranlıq dəhlizlə aşağı endim, sonra yuxarı qalxdım. Mən tək idim; mən qışqırdım, amma mənə cavab verən olmadı. Mən labirintə oxşayan bu geniş, qarışıq otaqda tək idim.
- Qocaldıqca gəncliyimizi yada salmaqdan dəhşətli şey yoxdur ( "Həyat" romanından).
M
[redaktə]- Mən aşiq olanda bütün dünya mənim üçün mövcudluğunu itirir.
- Mən bir qadın kimi mənə aşiq olan kişiləri qəbul etmirəm. O axmaqlıq edir və təhlükəli olur. Məni qadın kimi sevən, yaxud özünü aşiq kimi göstərən kişilərlə hər cür əlaqəni kəsirəm. Birincisi ona görə ki, onlar məni bezdirir. İkincisi, onlardan hər an adama cuma biləcək quduz itlərdən qorxduğum qədər qorxuram. Ona görə də mən onları sağalana qədər mənəvi karantində saxlayıram.
- Mən də hər kəs kimi qadınam, mənim də var... Mənim zəif cəhətlərim var, xırdalıqlarım var, parlayan və çınqıldayan hər şeyi sevirəm.
- Mənim fəlsəfəm: qürubu dostumla qarşılamaq; mənim prinsipim: sübhü təklikdə qarşılamaq; mənim yaradıcılığım: günü düşmənlərimlə keçirmək.
- Mənim üçün nikah zəncir yox, əməkdaşlıqdır. Mən izlənməyimə, qısqanclığa, öyüd-nəsihətə dözə bilmirəm. Təbii ki, mən familiyasını daşıyacağım adamı nüfuzdan salmamağı, onu yalan və ya gülünc vəziyyətə salmamağı öhdəmə götürürəm. Amma qoy o da məni xidmətçi və itaətkar arvad gözündə yox, hər şeydə ona bərabər olan müttəfiq kimi görsün.
- Məsələ istəməməkdə yox, imkanın olmamasındadır.
- Milyonlar üzərində mənəvi başlanğıcın qələbəsi üçün içirəm. Bu o demək deyil ki, o, yad ciblərdə mənə mane olur və mən heç də onların sahiblərinə paxıllıq etmirəm. Mən prinsipə görə etiraz edirəm.
N
[redaktə]- Nankor oğul özgələrdən daha pisdir: o cinayətkardır. Çünki, oğulun anaya laqeyd münasibət göstərməyə haqqı yoxdur.
- Nə deyirsiniz deyin, amma kasıblar bir-birinə kömək etməlidirlər. Çünki, müharibəni varlılar başlayırlar (Gi de Mopassanın “Toppuş” hekayəsindən xanım Folanvinin sözləri).
- Nə deyirsiniz deyin, həyat düşünüldüyü qədər nə yaxşı, nə də pis deyil (Gi de Mopassanın "Həyat" romanından Jannanın sözləri).
- Nəfəs almaq, içmək, yemək, yatmaq, işləmək, xəyal etmək — bütün bunlar ölmək deməkdir. Nəhayət, yaşamaq da ölmək deməkdir!
Ö
[redaktə]- Özünə hörmət etməyən insan bədbəxtdir. Özündən həddən artıq razı olan isə axmaqdır.
P
[redaktə]- Poetik sevgi hissini sınaqdan keçirmək şansı olanlar qadını ət dükanından kotlet seçmək kimi seçirlər və onları ətin keyfiyyətindən başqa heç nə maraqlandırmır.
R
[redaktə]- Realist, əgər o, rəssamdırsa, bizə həyatın fotoşəkilini verməyə yox, reallığın özündən daha dolğun, daha güclü və inandırıcı olacaq həyat görüntüsünü verməyə çalışacaq.
- Rəsmi sevgi- məgər bu sevgidir? Qanuni busə, gizli busə ilə heç vaxt müqayisə edilə bilməz.
S
[redaktə]- Sadə və aydın yazmaq səmimi və xeyirxah olmaq qədər çətindir.
- Sağlam olan böyük ağıllar heç vaxt dahi hesab edilmir, halbuki bu əzəmətli keyfiyyətlər çox vaxt aşağı olan, lakin dəlilikdən bir qədər təsirlənən beyinlərə verilir.
- Sevgi – bu, həyatda yeganə sevincdir, amma biz onu həddindən artıq tələblərimizlə korlayırıq.
- ..Sevgi əbədi deyil. İnsanlar bir araya gəlib ayrılırlar. Amma münasibətlər uzandıqca... dəhşətli bir yükə çevrilir.
- Sevgi ölüm qədər güclüdür, amma şüşə qədər kövrəkdir.
- Sevginin sözləri həmişə eyni olur. Hər şey bu sözlərin kimin dilindən çıxmasından asılıdır.
- Siz bu həyatda nəyi gözləyirsiniz və bu həyatdan nə istəyirsiniz? Sevgini? Bir neçə öpüşdən sonra siz artıq həzz almaq hissini itirəcəksiniz. Başqa nə? Pul? Niyə? Nə üçün? Qadınları satın almaq üçün? Nə böyük sevinc! Bəlkə yemək üçün? Başqa nə? Şöhrət? Bir halda ki, sizin üçün artıq sevgi yoxdursa, o nəyə lazımdır? Bəs nə? Sonu ki, ölümdür ("Əziz dost" romanından Norber de Varenin sözlərindən).
T
[redaktə]- Tək yaşadığınız otağın dərin sükutunda nə qədər kədər var!
U
[redaktə]- Uğur həmişə nəzərə çarpmayan əhəmiyyətsiz səbəblərdən asılıdır. Yalnız onları tapmaq lazımdır(“Mont-Oriol” romanından Vilyam Andermatın sözlərindən).
- Uzun müddət qadının müqavimətini dəf edən kişi daha çox qadının fəzilətini yox, özünün əzmkarlığını qiymətləndirir.
Y
[redaktə]- Yaddaşımız kainatdan daha mükəmməl bir dünyadır: o, artıq mövcud olmayanlara həyat verir.