Bir işin, hadisənin baş verməsində zaman ardıcıllığı göstərən zaman zərfi. Əvvəlcə müəllim, sonra uşaqlar danışdı. – Qonaq əvvəlcə Bayramla, sonra da Məşədibəylə vidalaşıb çıxdı. M.Hüseyn. On beş gün sonra aparılan işlərin ilk nəticəsi yoxlandı. H.Seyidbəyli.
Arxasınca, ardınca, dalınca. Məndən sonra kimdir? Hamıdan sonra gəlmək. Saat 2-dən sonra. Yağışdan sonra gün çıxdı. – Uşaqlar dağılışdılar və xanım da ancaq bundan sonra eyvandan otağa çəkildi. P.Makulu. _Bir azdan (qədərdən) sonra – azacıq sonra, az, aradan çox keçməmiş. Bir qədərdən sonra qapı açılır. Ü.Hacıbəyov. Bir azdan sonra dəmirçi Musa gəlib çıxdı. M.Hüseyn. Bundan sonra – bundan belə, bir də, daha, artıq. Bundan sonra belə işlər etmə. Bundan sonra gözümə görünmə. // Yoxsa, əks təqdirdə. Ora getmə, sonra özün peşman olarsan.
Bir də, ondan başqa, yenə, habelə. Sonra, canım sənə desin...