Məzmuna keç

uçuş

Wiktionary saytından
İsim Tək Cəm
Adlıq halı uçuş uçuşlar
Yiyəlik halı uçuşun uçuşların
Yönlük halı uçuşa uçuşlara
Təsirlik halı uçuşu uçuşları
Yerlik halı uçuşda uçuşlarda
Çıxışlıq halı uçuşdan uçuşlardan

azərbaycanca: uçuş

Mənalar :

  1. Uçma işi, uçan bir şeyin havada hərəkət etməsi. Mərminin uçuşu. Arıların uçuşu. – Toyuğun uçuşu zibilliyə qədər olar. (Ata. sözü). Tamaşaçılar heyran-heyran bunlara baxır və böyük maraqla modellərin uçuşunu gözləyirdilər. M.Rzaquluzadə. // Uçma tərzi, qaydası, üsulu. Tərlan uçuşundan tanınar. // Çox sürətli yeriş. Tərlana bənzər uçuşun; Əl çatmaz ipək alına! “Koroğlu”. // Müəyyən vaxtı nəzərdə tutan təyyarə reysi. Gecə uçuşları. Təyyarələrin uçuş cədvəli.

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]

türkcə: uçuş - azərbaycanca: uçuş