İmamqulu məktəb-məscidi
İmamqulu məktəb-məscidi | |
---|---|
Məktəb-məscid | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Rayon | Səbail |
Yerləşir | İçərişəhər, A.Zeynallı küçəsi, 63a |
Aidiyyatı | İçərişəhər DTMQİ |
Tikilmə tarixi | 1646-47 |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Vəziyyəti | Əntiq dükanı olaraq fəaliyyət göstərir. |
Rəsmi adı: Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower | |
Tipi | Mədəni |
Kriteriya | vi |
Təyin edilib | 2000 |
Hissəsi | İçərişəhər |
İstinad nöm. | 958 |
Dövlət | Azərbaycan |
Region | Avropa və Şimali Amerika |
İstinad nöm. | 93-12 |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
İmamqulu məktəb-məscidi və ya sadəcə məktəb-məscid — İçərişəhərdə yerləşən ölkə əhəmiyyətli tarixi-dini abidə.
1646-ci ildə inşa edilmiş məktəb-məscid kvadrat formalı kiçik ibadət zalından və bir qədər irəli çıxan dördbucaqlı otaqdan ibarətdir. Məktəb-məscid ibtidai təhsil ocağı kimi fəaliyyət göstərmişdir. Ölkə əhəmiyyətli abidədir.[1]
20 aprel 2015-ci il tarixli 113 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”nın “Memarlıq abidələri” bölməsinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu” hissəsinə əlavə edilmişdir.[2]
Burada Azərbaycanın dekorativ tətbiqi sənət nümunələri və xalça məmulatları dükanı fəaliyyət göstərir.
Təmir-bərpası
[redaktə | mənbəni redaktə et]“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, abidənin bərpa və konservasiyası üzrə gedən bərpa işlərini YUNESKO-nun təşkilati dəstəyi ilə beynəlxalq ekspertlər qrupu tərəfindən hazırlanmış “Master Plan”a əsasən həyata keçirib.[3]
2010-cu ildə müasir texnologiyaların köməyi ilə yerli mütəxəssislər tərəfindən aparılmış bərpa işləri başa çatmışdır. Abidənin günbəzindəki çatlar aradan qaldırılaraq dam hissəsi möhkəmləndirilmiş, daxilində isə təmir-bərpa işləri aparılaraq, fasadı tarixi görkəminə qaytarılmışdır.[3]
Populyar mədəniyyətdə
[redaktə | mənbəni redaktə et]"YARAT!" qeyri-kommersiya təşkilatının təşkilatçılığı ilə 2012-ci ildə bu abidədə rəssam Niyaz Nəcəfovun "Qırçılar" layihəsinin təqdimatı olub. "012 Baku Public Art Festival" çərçivəsində təşkil olunan tədbirdə N. Nəcəfovun "Qırçılar" heykəltəraşlıq kompozisiyası ev damını kubşəkilli dəmir çəndə "bişən" xüsusi qara məhlulla örtmək vəzifəsindən ibarət olan və demək olar ki, yoxa çıxmış qırçı peşəsinə həsr olunur.[4][5]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Dini abidələr - İmam Qulu Məktəb-məscidi". icherisheher.gov.az. 2018-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-04.
- ↑ "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 aprel 2015-ci il tarixli 113 nömrəli Qərarı". e-qanun.az (az.). 2024-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-04.
- ↑ 1 2 "Məktəb-məscid". icherisheher.gov.az. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-04.
- ↑ V. İmanov. ""YARAT!" təşkilatı Niyaz Nəcəfovun "Qırçılar" layihəsini təqdim edib (FOTO)". Trend.Az (az.). 2012-04-27. 2024-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-04.
- ↑ ""YARAT!" təşkilatı Niyaz Nəcəfovun "Qırçılar" layihəsini təqdim edib". Milli.Az (az.). 2012-04-27. 2024-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-04.