40°19′ şm. e. 49°52′ ş. u.HGYO

Buxara karvansarası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Buxara karvansarası
Xəritə
40°19′ şm. e. 49°52′ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Bakı Bakı
Yerləşir İçərişəhər, Qüllə küçəsi, 2
Aidiyyatı İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu
Tikilmə tarixi XV əsr
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi
Vəziyyəti restoran kimi fəaliyyət göstərir
Rəsmi adı: Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower
TipiMədəni
Kriteriyavi
Təyin edilib2000
İstinad nöm.958
DövlətAzərbaycan
RegionAvropa
İstinad nöm.78
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
KateqoriyaMemarlıq abidələri
Buxara karvansarası (İçərişəhər)
Buxara karvansarası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Buxara karvansarasıBakının tarixi hissəsində İçəri Şəhərdə yerləşən, XV əsrə aid tarixi memarlıq abidəsi olan karvansara.

Poçt markası (2010).

XV əsrin sonunda İçərişəhərin ticarət magistralının üzərində tikilmişdir. Planda kvadrat formalı, qabarıq portallı karvansaranın həyəti səkkizüzlü formadadı. Perimetr üzrə eyvanlar və şəxsi otaqlar – hücrələrlə əhatə olunmuşdur. Səkkizüzlü rahat həyət, gündəlik ticarət əməliyyatlarından sonra səyyahların və tacirlərin toplaşdığı, açıq səma altında xüsusi bir zal idi. Düz çərçivəyə alınmış həyətin daxili məkanının bütün perimetri boyu ümumi üslubla birləşən çatma tağ memarlıq kompozisiyasının əsas hissəsini təşkil edir.

1964-cü ildə aparılmış bərpa işləri karvansara binasını sonradan əlavə edilmiş tikililərdən və laylardan tamamilə azad etdi. Bu da onun, ətraf tikililər fonunda iri həcmli quruluşunu üzə çıxarmağa imkan verdi. Arxeoloji qazıntılar nəticəsində karvansaranın altından, Bakını su ilə təchiz edən küng borulu su xəttinin keçdiyi aşkar olunmuşdur.

Araşdırmalardan məlum olub ki, bu tarixi abidə 15-ci əsrdə orta Asiyadan Bakıya gələn tacirlər tərəfindən tikilib. Şərq ölkələrindən gələn tacirlər müvəqqəti sığınacaqlara ehtiyac duyduqlarından, əsasən bu möhtəşəm karvansarada istirahət edərdilər. Elə tikilinin adı da həmin dövrdə Özbəkistanın paytaxtı olan Buxaradan götürülüb. Bu karvansara bir mərtəbəlidir. Ehtimal olunur ki, tikilinin digər mərtəbəsi yerin altında qalıb. Belə ki, Şərq karvansaralarının özünəməxsus memarlıq quruluşu olub. Adətən 2 mərtəbəli inşa olunan tikilinin alt mərtəbəsindən anbar kimi istifadə edilib. Yuxarı mərtəbədə isə qonaq otaqları və tacirlərin heyvanlarını saxladıqları yerlər inşa edilib. 17 otaqdan ibarət olan Buxara karvansarasının ən özəl xüsusiyyəti isə onun dairəvi formada olmasıdır.

Karvansaranın həyətinin mərkəzində bütün Şərq karvansaralarında olduğu kimi hovuz yerləşir. XV əsrdən bu günə qədər olduğu kimi qorunub saxlanılan hovuz insanlarda təəccüb və maraq doğurur. Belə ki, su fontandan axıb tökülsə də, hovuz dolmur və su müəyyən səviyyədə qalır. Burada sistem elə quraşdırılıb ki, suyun hara və necə axıb tökülməsi hələ də müəyyən edilməyib. Karvansaranın divarlarını qədim Azərbaycan xalçaları, kilimlər, bəzək əşyaları, Bakını təsvir edən rəsmlər bəzəyir. Burada əsas məqsəd karvansaraya gələn əcnəbilərdə Azərbaycanın qədim və zəngin tarixi haqqında təsəvvür yaratmaqdır.

Hazırda dövlət başçısının müvafiq sərəncamına əsasən burada bərpa işləri davam etdirilir.[1]

  • "BUXARA KARVANSARASI" (az.). icherisheher.gov.az. 2017-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-29.