Atrek
Atrek | |
---|---|
ərəb. اترک fars. Seleha | |
Ölkə |
İran Türkmənistan |
Mənbəyi | Kopetdağ |
Mənsəbi | Xəzər dənizi |
Uzunluğu | 669 km |
Su sərfi | 9,2 m³/s |
Hövzəsinin sahəsi | 27 300 km² |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Atrek[1] və ya Ətrak (ərəb اترک -türklər; farsça -Seləha, Suləha) — İranda və Türkmənistanda çay.
Adının etimoloqiyası
[redaktə | mənbəni redaktə et]Ərəb saitsiz əlifbasına görə türkləri bildirən söz bəzən t[ə]rak bəzən isə [ə]trak kimi tələffüz olunurdu. Misal üçün Terek çayını və tərəkəmələri göstərmək olar. Ətrak çayı Ərəb Xilafəti dövründə bir müddət şərqdə türklərin ölkəsi ilə sərhəd hesab olunurdu.
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Uzunluğu — 669 km, hövzəsinin dağ hissəsinin sahəsi — 27 300 km², orta su məsrəfi Qızıl-Ətrakda — 9,2 m³/s. 19 əsrin sonundan suyu Xəzər dənizinə ancaq daşqın vaxtı çatır, başqa vaxt münbit oazislərin suvarılmasına sərf olunur. Vaxtı ilə əsas qolu, sağda, Sumbar çayı idi, o da suvarma üçün istifadə olunur və ancaq daşqın vaxtı Ətraka çatır. Güclü dayazlaşmasına görə, nərə balıqlarının kürütökməsi 20 əsrin ortalarından tamamilə kəsilmişdir. Beləliklə Ətrak Xəzər dənizinə tökülən yeganə çaydır ki nərəkimilərin reproduksiyası tamamilə kəsilmişdir.
Gidroqrafiyası
[redaktə | mənbəni redaktə et]İran ərazisində Ətrak çayı, Nişapur dağları ilə Kopetdağı ayıraraq dar dağ vadisindən axır. Sonra vadisi genişlənir. Əvvəllər Xəzər dənizinə tökülərkən, indi ilin əksər hissəsi susuz olan bataqlıqlı delta yaradırdı. Qidalanması əsasən qar, yağış və bulaqlardır. Daşqınlar yazda və yayın ilk yarısında, sonra yayın axırında və payız-qışda.
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Ətrak çayı Kopetdağın Həzarməsçed dağlarında başlanğıcını götürür və Xəzər dənizinin Həsən-qulu körfəzinə tökülür; aşağı axarında 19 əsrin axırından Rusiya ilə İranın sərhədidir. Yazda çay daşır, və onun gətirdiyi lil ətraf ərazini münbitləşdirir; Ətrakın sahillərində 16-17 əsrlərdə Türkmənistanın əsas xalqı olan türkmənlərin bir qolu yomudlar oturaqlaşıb.
- ↑ Кучан-Мәшһәд вадиси // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: Куба—Мисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 33.