Edelveys əməliyyatı
Edelvays əməliyyatı (alm. Edelweiß) — Üçüncü Reyxin Qafqazı zəbt etmək planı. Bu plan Avropanın ən məşhur dağ güllərinin birisi olan edelveysin şərəfinə adlandırılmışdır. Almanların planı Qafqaz və Azərbaycanın Bakıda yerləşən neft yataqları üzərində kontrol ələ keçirməkdən ibarət idi. Həmin əməliyyat iyulun 23-də 1942-ci ildə Hitler tərəfindən təsdiq olunub. Əsas hərbi qüvvələr Vilhelm List idarə etdiyi "qrup A" ordusu, 1-ci zirehli avtomobil və tank ordusu (Evald fon Kleyst), 4-cü zirehli avtomobil və tank ordusu (polkovnik-general Herman Hot), 17-ci ordu (Riçard Rof), 4-cü hava donanmasının bir hissəsi (General-feldmarşal Volfram Frayher fon Rixthofen) və Rumıniyanın 3-cü ordusu (general Petre Dumitresku) daxil edirdi. Qrup A ordusu qərbdən Fyodor fon Bokun idarə etdiyi qrup B ordusu və cəmi 1.000 təyyarə olan 4-cü hava donanmasının qalan hissəsi tərəfindən təmin olunurdu. Quru qoşunların içərisində 15.000 neft fəhlələri ilə yanaşı 167.000 əsgər, 4.540 pulemyot və 1.130 tank var idi.
Hazırlıqlar
[redaktə | mənbəni redaktə et]Almaniyada "Qafqazda alman neft", "Ost-Öl" və "Karpaten-Öl" kimi bir neçə neft şirkətləri yaradılır. Onlar ekskluziv olaraq Qafqaz neft yataqlarını istismar etmək üçün 99 illik icarə haqqı alırlar. Bu məqsədəuyğun olaraq sovet neftçiləri tərəfindən sonradan istifadə olunan çoxlu borular təmin olunur. Leytenant-general Nidenfurun nəzarəti altında xüsusi iqtisadi inspeksiya "A" yaradılır. Neft yataqlarının bombardmanı qadağan olunur. Həmin yataqları Nikolay Baybakov və Semyon Budyonnı idarə etdiyi qoşunlar tərəfindən məhv etməsindən müdafiə etmək üçün SS döyüşçülərdən və kazaklardan ibarət olan xüsusi polklar yaradılır. Abverın başçısı "Şamil" adlı hərbi əməliyyatı hazırladı, və bu əməliyyata görə Qroznı, Malqobek və Maykop əraziləri zəbt etməsi nəzərdə tutulub. Onlar yerli qiyamçılardan da dəstək alırlar.
Əməliyyat
[redaktə | mənbəni redaktə et]İzyum-Barvenkovsk istiqamətində sovet əks-hücumu dayandırıldıqdan sonra alman B ordular qrupu Qafqaza cəld hücum etdi. Qafqazın qapıları kimi tanınan Rostov-na-Donu 1942-ci il iyulun 23-də işğal olunmasından sonra Evald fon Klaystın tank qoşunları Qafqaz dağ silsiləsini keçdilər. "Edelveys" divizisının komandiri Hubert Lanz Kuban çayı hövzəsinin darlığından irəliləyərək və Maruxski aşırımı, Teberda, Uçkulan çaylarını, Kruxorskı aşırımı keçərkən, eyni zamanda Xotyu-tau aşırımından Baksan çayın yuxarı hissələri və Donquz-Orun, Beço aşırımlarını blokadaya almağa qərara gəldi. Cinah menevrləri ilə Qafqaz silsiləsini Sançaro, Kluxorski və Maruxski aşırımlar yolu ilə Kutaisi, Zuqdidi, Suxumi və Tbilisiyə çatmaq üçün keçilməli idi. 4-cü dağlı diviziyanın qoşunları tirolçularla bir yerdə bu əməliyyatda fəallıq göstərirdilər. Onlar Suxumi istiqamətinə 30 km irəli çəkilməyə bacardılar. Kuban ərazisindən hücuma keçmək, Elbrusa gedən yollarını ələ keçirmək, və Edelveys cinahlarının təhlükəsizliyini təmin etmək üçün 150 əsgərdən ibarət və polkovnik-general Qrot komandanlığı altında olan avanqard yaradıldı. Köhnə Qaraçayı, Xurzuk aulu və Ullu-kam Qorqeni keçərkən həmin dəstə sovet qoşunları tərəfindən müdafiə olunmayan Xotyu-tau aşırımına çatdı. Xotyu-tau aşırımına tezliklə təzə ad verilib: "General Konrad aşırımı".
Krasnodar-Pyatiqorsk-Maikop istiqamətini tutan əməliyyatın başlanğıc nöqtəsi , 1942-ci il avqust ayının 10-da təyin olunur. Avqustun 16-da fon Hirşfeld idarə etdiyi batalyon hiylə ilə Kadar dərəsini ələ keçirir. Avqustun 21-də nasist bayrağı Qafqazın ən uca nöqtəsi olan Elbrus zirvəsində asılır.
Həmçin bax
[redaktə | mənbəni redaktə et]Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Nick Michael. Operation Edelweiss: The most audacious mission of World War Two.
- Иван Тюленев. Крах операции "Эдельвейс". Орджоникидзе, 1975.
- К.-М. Алиев. В зоне "Эдельвейса". М.-Ставрополь, 2005.