Gerontologiya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yaşlı insanın əli

Gerontologiya (yun. γέρων –qoca + yun. logie – elm) — insanın qocalmasını və bu qocalmaya qarşı mübarizə metodunu öyrənir. İlk dəfə bu termin 1903-cü ildə tibb üzrə Nobel mükafatına layiq görülən rus alimi İ.İ. Meçnikov tərəfindən elmə daxil edilmişdir.[1] Gerontologiya elmində ilk öncə yaşlıların həyat şərtlərini yaxşılaşdırma hədəfi izlənilir. Yeni texnologiya və ya iqtisadi inkişaflar, bu hədəfə yaxınlaşma baxımından bir çox inkişaf əldə etməkdədir.

Qocalma prosesi baş verən yaş dəyişiklikləridir və qocalıqdan çox əvvəl başlayır. Qocalma əlamətləri canlıların müxtəlif quruluş səviyyələrində: moleykulyar, hüceyrə, toxuma, orqanlar sistemləri və orqanizm səviyyəsində özünü göstərir. Qocalma prossesi zamanı orqanizm səviyyəsində baş verən dəyişikliklər, əvvəlcə, xarici əlamətlərdə özünü göstərir. Bədənin qaməti dəyişir, bədən forması başqa şəkil alır, onun ölçüləri kiçilir, dəri elastikliyini itirir, onda qırışlar əmələ gəlir. Görmə, eşitmə və yaddaş zəyifləyir. Sümük toxumasının sıx və süngər maddəsi nazikləşir. İnsan qocalma prosesləri nəticəsində baş verən dəyişikliklər hesabına qocaya xas əlamətlər qazanır.

Qocalma ölüm ehtimalının artmasına gətirib çıxarır.

İnsanda 40–50 yaşdan sonra qocalma çox davamlı xarici əlamətləriylə üzə çıxır ki, bu da özünü ən çox dəridə göstərir. Bu zaman dərialtı piy qatının kütləsi itir və bunun nəticəsində dəridə qırışlar əmələ gəlir, piqment ləkələr formalaşır. Ürək-qan-damar sistemində qocalıq özünü 40 yaşdan sonra göstərir. Bu zaman damarların divarinda lipidlər, ən çox isə xolestirin topıanır ki, bu da öz növbəsində divarlardakı elastikliyi azaldır. Nəticədə ürəyin normal işi pozulur, orqanlar və toxumalar qanla yaxşı təciz olunmur. Insanda tənəffüs sisteminin işinin qocalıqla əlaqədar pozulması alveollar arasındakı toxumaların dağılması ilə əlaqədardır. Bu zaman tənəffüs səthi azalır, oksigenin ağciyərlərə girməsi çətinləşir. Ağciyərlərin həyat tutumu çox azalır. İnsanda qocalıq zamanı həzm sistemində dişlərin tökülməsi, mədə və bağırsaq vəziləri, qaraciyər, mədəaltı vəz öz funksiyalarının azalması, qidanın həzmi pozulması, bağırsağın divarındaki dalğavari hərəkətin pozulması və tez-tez qəbizlik yaranması kimi dəyişikliklər olur. Bunlardan başqa, qocalıq zamanı digər orqanlarda da belə mürəkkəb dəyişkənliklər baş verir.

Qocalmağa dair hipotezlər

[redaktə | mənbəni redaktə et]

İnsan orqanizminin qocalmasının ilkin səbəb və mexanizmlərini izah edən 500 hipotez vardır ki, bunları herentologiya elmi öyrənir. Bunların çoxu tarixi xarakterlidirlər. Bunlara ölüm qorxusu, parçalanma məhsulları hesabına orqanizmin öz-özünü zəhərləməsi, hüceyrənin nüvəsindəki xüsusi maddənin istifadə olunması, mayalanma prosesində orqanizmin aldığı əvəz olunmayan maddələrin itirilməsi kimi qocalma haqqında hipotezlər aiddir. Hipotezlər hal-hazırda iki əsas istiqamətdə qruplaşdırılır.

Stoxastik istiqamət

[redaktə | mənbəni redaktə et]

Bu istiqamət qocalma prosesinə yaş artdıqca "səhvlərin" toplanması kimi baxır. Bunlar adi həyat prosesləti nəticəsində yaranır və orqanizmə təsir edir. Həm daxili, həm də ki xarici amillərin təsirindən bioloji mexanizmlər zədələnirlər. Stoxastik istiqamətdə gedən proses prqanizmdəki dəyişikliklərin təsadüfi xarakter daşıdığını göstərir. Buradakı hipotezlərdə əsas rolun ayrı- ayrı hüceyrə kompanentlərinə aid olduğu ən mühüm cəhət hesab olunur. Orqanizmin quruluşunun dəyişilməsi burada yerləşən DNTRNT-nin bioloji və fiziki- kimyəvi xassələrinin dəyişməsi səbəbinə baş verir. Belə halda buradakı xromatin zülalları, nüvə və sitoplazma zülalları dəyişir. Hüceyrədə membran lipidləri ayrı qeyd olunduğu üçün maddələr O2, OH, H2O2 kimi sərbəst radikalların təsirinə daha çox məruz qalırlar. Bunun daha bir hipotezinə görə isə qocalıq yaş artdığı zaman makromolekullardan tam bir orqanizm səviyyəsinə qədər diapazonda sturukturun dağılmasının çox sürətlə baş verməsi ilə əlaqədardır. Sturukturların dağılması hipotezi özündə eyni vaxtda genetik meyillilik, şərait, həyat tərzi kimi amilləri birləşdirir və qocalmanın surəti bu amillərin təsirindən çox asılıdır.

Genetik və ya proqram istiqamət

[redaktə | mənbəni redaktə et]

Bu hopotez qocalıq və qocalığın bilavasitə genlərin nəzarətində olduğunu göstərir. Bəzi hipotezlərə görə bunun üçün qocalığa nəzarət edən xüsusi genlər vardır. Lakin bəzi hipotezlər isə, qocalığın xüsusi proqramlarla tənzimləndiyini göstərir. Genetik istiqamət üç dəlilə əsaslanır. Bunlar genlərin pleyotrop effekti, somatik mutasiyalar və multifaktorial xəstəliklərin genetik əsaslarından ibarətdir. Genetik proqramlaşma zamanı proseslərin tənzimlənməsində daxili sekresiya vəzilərinin fəaliyyəti, əksər hallarda isə cinsiyyət vəzilərinin sekresiyası rol oynayır. Fərdi inkişafın genetik proqramı təkamülün nəticəsidir və təbii seçmə nəticəsində genefondda möhkəmlənir. Bu şərtə görə təbii seçmə uzunömürlülüyü təmin etməlidir. Məhz buna görə təkamüldə növlərin qarşısı alına bilməyən ölümə gətirib çıxaran qocalma proqramına malik olması ehtimalı azdır.[2]

  1. "Большая советская энциклопедия". 2021-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-06-30.
  2. Herentologiya haqqında anlayış[ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]