Stevan Mokranyats

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Stevan Mokranyats
serb. Стеван Мокрањац
Ümumi məlumatlar
Doğum tarixi 9 yanvar 1856(1856-01-09)[1][2]
Doğum yeri
Vəfat tarixi 28 sentyabr 1914(1914-09-28)[1][2] (58 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Yeni Belqrad qəbiristanlığı[d]
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, dirijor, musiqişünas, musiqi etnoqrafı[d]
Janr dini musiqi[d]
Musiqi aləti skripka
Təhsili
Üzvlüyü
  • Serbiya Elmlər və İncəsənət Akademiyası[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Stevan Mokranyats (serb. Стеван Мокрањац, əsl soyadı Stoyanoviç (serb. Стојановић); 9 yanvar 1856[1][2], Neqotin[3]28 sentyabr 1914[1][2], Skopye[3]) — Serbiya bəstəkarı və xormeyster.

9 yanvar 1856-cı ildə Neqotində anadan olmuşdur. O, Leypsiq şəhərində Salomon YadassonKarl Raynekedən, Mühnendə isə Yozef Raynbergerdən kompozisiya sənətini öyrənirdi. 1887-1914-cü illərdə Belqrad vokal cəmiyyətinin xorunu idarə edirdi və onunla bir çox ölkələrə qastrollara getmişdir.

1889-cu ildən 1893-cü ilə qədər Serbiyanın ilk simli kvartetində ikinci skripkaçı idi.

1899-cu ildə Belqrad Musiqi Məktəbinin qurucularından biri oldu və ömrünün sonun qədər burada rəhbərlik etmişdir. Məşhur tələbələri arasında bəstəkar Miloye Miloeviç yer alır.

1906-cı ildən Serbiya Elmlər və İncəsənət Akademiyasının üzvü, 1907-ci ildən Serbiya Musiqiçiləri Birliyinin sədri olmuşdur.

28 sentyabr 1914-cü ildə Skopye şəhərində vəfat etdi.

Mokranyatsın əsas işi "Rukovetı" hesab olunur. Əsər Serbiya, Çernoqoriya, Makedoniya, Slavoniya, Dalmasia və Serbiya mahnılarının işlənməsindən ibarətdir və ona musiqi müşayiəti olmadan solistli xor üçün 15 süita daxildir. Bu xor əsərləri keçmiş Yuqoslaviyanın ərazisində çox məşhurdur. Mokranyatsın əsərləri arasında macar, türk və rumın mahnılarının işlənməsi, ruhani mahnılar, teatr üçün musiqilər və rekviyem daxildilər.

  1. 1 2 3 4 Bibliothèque nationale de France Stevan Stojanović Mokranjac // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Stevan Mokranjac // Musicalics (fr.).
  3. 1 2 3 4 Мокраняц Стеван // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]