Unikal (jurnal)
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Unikal | |
---|---|
Baş redaktor | İlham Məmmədzadə |
Növ | jurnal |
Tiraj | 2000 |
Təsisçi | Hacı Xaliq Bəşər |
Təsis tarixi | 2014 |
Qərargah | Azərbaycan, Bakı şəhəri,H.Cavid Prospekti 1, AMEA. |
Dil | Azərbaycan dili |
Səhifə | 230 |
Unikal (jurnal) — beynəlxalq ictimai fənlərarası elmi-tədqiqat jurnalı.
Jurnal haqqında məlumat
[redaktə | mənbəni redaktə et]Unikal jurnalı 2014-cı ildən bir dildə – azərbaycan dilində nəşr olunur. Jurnalın təsisçisi hüquq elmləri doktoru Hacı Xaliq Bəşərdir. Jurnalın ad və ideya müəllifi hüquq elmləri doktoru Hacı Xaliq Bəşərə məxsusdur.
Jurnalın məqsədi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin "neft kapitalı"nı "insan kapitalı"na çevrilməsi istiqamətində görülən işlərin məntiqi davamı kimi humanistlik, sosial, eyni zamanda praqmatik evristikdir.
Jurnalı baş redaktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, məsul katibi və internet saytının rəhbəri hüquq üzrə fəlsəfə doktoru, dosent Mirafərin Seyidovdur. Jurnalda nəşr olunan məqalələrin 2 dildə - rus və ingilis dillərində rezumələri verilir.
Jurnalın redaksiya şurasına ölkəmizdən hüquq el.d. Ziyafət Əsgərov, AMEA-nın vitse priezidenti İsa Həbibbəyli, tarix e.d.prof.Əli Həsənov, AMEA-nın müxbir üzvü Sevda Məmmədəliyeva, akademik ismayıl Hacıyev, akademik Ziyad Səmədzadə, akademik Teymur Kərimli, hüq.ü.f.d. Əli Hüseynli və digər ölkələrdən Rusiya, Ukrayna, Türkiyə, Fransa bir çox məşhur alimlər Bülent Arınç, professor Dr. Ali Babacan, professor Boris Paton, Dr.Aleksandr Çümakov, Dr. Christian Vallar, Dr. Ugo Bellagamba, Dr. Tom Rocmor, Dr.Mariya Federova, Dr. Viktor Vashkevich, professor Takhir Makhammatov, professor Alexey Onipkc, professor Yuriy Popkov başqaları daxildir.
Jurnalın fəaliyyət sahəsinə fənlərarası əlaqələrin problemlərinin anlaşılması, digər tərəfdən onların keyfiyyətinin və dərinliyinin başa düşülməsi, onların məntiqi hüquqi aspektdə başa düşülməsi daxildir.Jurnal bu məsələlərin həllində beynəlxalq mərkəz rolunu oynayacaqdır. Jurnal həmçinin fənlərarası müzakirələr zamanı ən aktual məsələ kimi hüquq elminin və onun cəmiyyət həyatını dərindən tədqiq edən ən müasir problemlərinin öyrənilməsini oxucuların diqqətinə çatdırır.
Dünya arenasında fənləarası münasibətləri tədqiq edən jurnallar çoxdur. Lakin "Unikal" Azərbaycanda bu sahədə ilk sayılır.
Jurnal həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının doktorant və dissertantlar üçün çapı tövsiyə edilən jurnallar sırasına daxildir.
Jurnal AMEA-nın razılığı əsasında Müəllim nəşriyyatında ildə bir dəfə nəşr olunur və dünyanın məşhur kitabxanalarına göndərilir.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- "Unikal" jurnalının rəsmi saytı Arxivləşdirilib 2015-09-30 at the Wayback Machine
- Ali attestasiya Komissiyası. Tövsiyə edilən elmi nəşrlər Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine
- Amea dövri nəşrlər Arxivləşdirilib 2014-03-25 at the Wayback Machine