Vikipediya:Həftənin seçilmiş məqaləsi/may 2015

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Həftənin seçilmiş məqaləsi arxivi
2011: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2012: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2013: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2014: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2015: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2025: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Bu gün 30 oktyabr 2024, Çərşənbə (İlin 44. həftəsi); bu an saat 07:21 (UTC)
(yenilə)


Keşi təmizlə

Fəal məzmun:

Seçilmiş məqalə alətləri:

Həmçinin bax

18. Həftə
Qarabağ FKAzərbaycanın Ağdam şəhərini təmsil edən peşəkar futbol klubu. 1993-cü ildə Ağdam şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra, İmarət stadionundan didərgin düşən komanda, hazırda Bakıda fəaliyyət göstərir.

Klubun yaranma tarixi 1950-ci illərin əvvəllərinə təsadüf edir. Belə ki, 1951-ci ildə Ağdam şəhər stadionunun tikintisi başa çatdıqdan sonra klubun da peşəkar bir idman təşkilatı kimi formalaşdırılması sahəsində ciddi işlər görüldü.

Yarandığı gündən sonra bir müddət "Məhsul" adı ilə çıxış edən "Qarabağ" ilk dəfə 1966-cı ildə Azərbaycan SSR çempionatında iştirak etmişdir. Həmin il çempionatı 4-cü yerdə başa vuran "Qarabağ" 4 il ardıcıl olaraq ölkə birinciliyində mübarizə apardı. Bu illər ərzində ən yaxşı nəticəni 1968-ci ildə 2-ci yeri tutmaqla qazandı. Lakin 1968-ci ildən sonra baxımsızlıq üzündən Ağdam uzun müddət ölkə çempionatlarında təmsil olunmadı.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


19. Həftə
Beat ItMaykl Cekson tərəfindən yazılan və müğənninin altıncı solo albomu - "Thriller"ə daxil edilən mahnı. "Thriller" albomuna daxil olan "The Girl Is Mine""Billie Jean" mahnılarından sonra "Beat It" mahnısı da hit-paradlarda böyük uğur qazanmışdır. Mahnı 14 fevral 1983–cü ildə albomdan çıxarılan sayca üçüncü sinql olmuşdur. Mahnıya həmçinin klip də çəkilmişdir. Klipdə Maykl Cekson qanqsterlərin əhatəsində rəqs edir.

Satış uğurlarına görə mahnı iki "Qremmi", iki "American Music Award" mükafatına layiq görülmüşdür. Həmçinin, mahnının qazandığı uğur (klipiylə birgə) "Thriller" albomunun "bütün zamanların ən çox satılan albomu" olmasında böyük rol oynamışdır. Mahnı 1989–cu ildə platin sertifikat almışdır. "Rolling Stone" dərgisi "Beat It" mahnısını "bütün zamanların 500 ən məşhur mahnısı" siyahısında 35-ci yerə layiq görmüşdür.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


20. Həftə
Dolmabağça sarayıTürkiyə Cümhuriyyətinin İstanbul şəhərində, Mərmərə dənizindən Boğaziçinə gedən yolda, dənizin sol sahilində Üsküdar məhəlləsinin qarşısında yerləşən tarixi saray.

Bu gün Dolmabağça sarayının yerləşdiyi ərazi XVII əsrdə Osmanlı donanmasının gəmilərinin saxlandığı limanlardan biri idi. Ənənəvi dənizçilik şənliklərinin təşkil edildiyi bu liman bir müddət sonra bataqlığa dönmüşdü. XVII əsrdə doldurulmasına başlanan bu liman Osmanlı padşahlarının əyləndikləri və istirahət etdikləri bir bağça kimi istifadə edilməyə başlandı. Bu bağçada uzun tarixi zaman ərzində inşa edilmiş köşklər və qəsrlər kompleksi bir müddət Beşiktaş Sahilsarayı adıyla tanınmışdı.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


21. Həftə
"Heydər Əliyev" ordeni28 aprel 2005-ci il tarixindən Azərbaycan Respublikasının ən yüksək dövlət təltifi.

"Heydər Əliyev" ordeninin ulduzu və zənciri qılınclı və qılıncsız olur.

Ordenin döşə taxılmaq üçün nəzərdə tutulan ulduzu səkkizguşəli olub gümüşdən hazırlanmışdır. Ulduzun guşələri gül ləçəkləri şəklində işlənmişdir. Ulduzun əks uclarının arasındakı məsafə 82 mm-dir.

Azərbaycan Respublikasının "Heydər Əliyev" ordeninin təsis edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Respublikasının Prezidentinin "Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında" 10 mart 2004-cü il tarixli, 38 nömrəli Fərmanı ilə tövsiyə olunmuşdur. "Heydər Əliyev" ordeninin təsisi Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında müstəsna tarixi xidmətlərini nəzərə alaraq və onun xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qərara alınmış və Azərbaycan Respublikasının ""Heydər Əliyev" ordeninin təsis edilməsi haqqında" 22 aprel 2005-ci il tarixli, 896-IIQ nömrəli Qanunu ilə təsis edilmişdir.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


22. Həftə
Half-LifeValve tərəfindən yaradılan və elmi-fantastik janrda olan, dünyanın ən məşhur oyunlarından biridir. Oyun elmi-fantastik janrda özünəməxsus yer tutmuş və tənqidçilər tərəfindən ən yüksək rəylər almışdır. Half-Life seriyasından ilk oyundur. 2001-ci ildə Gearbox Software studiyası oyunu Sony PlayStation 2-yə portlaşdırır.

Half-Life — süjeti tamamilə oyun məkanında inkişaf edən ilk oyundur (video çarxlardan istifadə etməyərək). Oyun nəşrçiləri süjetin və ümumiyyətlə oyun dünyasının novator stilini yüksək qiymətləndirmişlər. Oyunun başqa güclü tərəfi, düşmənin süni intellekti (AI) göstərilir. Half-Life müttəfiqlərin yarandığı ilk oyundur. Bir çox nəşriyyatçılar xüsusilə qeyd edirlər ki, Half-Life atıcı janrında inqilab etmiş və onun inkişafında yeni mərhələnin təməlini qoymuşdur.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə