Vikipediya:Həftənin seçilmiş məqaləsi/yanvar 2014

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Həftənin seçilmiş məqaləsi arxivi
2011: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2012: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2013: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2014: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2015: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2025: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Bu gün 30 oktyabr 2024, Çərşənbə (İlin 44. həftəsi); bu an saat 09:16 (UTC)
(yenilə)


Keşi təmizlə

Fəal məzmun:

Seçilmiş məqalə alətləri:

Həmçinin bax

1. Həftə
Yeni il bayramı — dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olub.

Bu bayramın yaranmasının azı 25 əsrlik tarixi var. İlin dəyişməsini bayram etmək adəti ilk dəfə qədim Mesopotamiyada yaranıb. Eramızdan əvvəl IV minilliyin sonunda Şumer, Babilistan, Assuriya kimi bu günümüzə qədər gəlib çatan mədəni irsiylə hələ də bizi heyrətləndirən mədəniyyət mərkəzləri burada təşəkkül tapıb. Tarixçi alimlərin fikrincə, məhz həmin dövrdə burada Yeni ilin gəlişi ilk dəfə bayram edilib. Martın axırında Dəclə və Fərat çaylarında suyun səviyyəsi artanda əkin-biçin işləri başlayarmış. İnsanlar yeni ilin gəlişini də elə o zaman qeyd etmişlər.

12 gün ərzində təntənəli mərasimlər davam edərmiş. Xeyir tanrısı Mərdükün şər qüvvələr və ölüm üzərində hakimiyyəti başlayarmış. Bütün məhkəmə işləri, cəzalar təxirə salınarmış. Həmin dövrə aid gil kitabələrdən biri üzərində yazılmış mətnə görə, bu bayramda "qul ağaya çevrilərmiş". Yeri gəlmişkən, "Karnaval" sözü babil dilindən tərcümədə "gəmi-dəniz" deməkdir. Bu da Mərdükün Dəclədə üzməsilə bağlı ayinlərdən gələn ifadədir. Bayram günlərindən birində Mərdükün dəhşət ilahəsi, ilanbaşlı Tiamatla döyüşü səhnəsi canlandırılarmış. Nəticədə, əlbəttə ki, Mərdükün qalib gələrmiş. Babilistan əsirliyində olan yəhudilər Yeni il bayramı ənənəsini babillərdən öyrənərək sonradan onu yunanlara ötürüblər. Yunanlar vasitəsilə isə bu ənənə Qərbi Avropaya yayılıb.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


2. Həftə
Hərb və Sülh — rus yazıçısı Lev Tolstoy tərəfindən yazılmış və ilk dəfə 1869-cu ildə nəşr edilmiş roman. Roman dünya ədəbiyyatının ən mühüm nailiyyətlərindən və vacib əsərlərindən biri kimi dəyərləndirilir.

"Hərb və Sülh" Lev Tolstoyun digər əsəri olan "Anna Karenina" (18731877) ilə birgə onun ədəbi yaradıcılığının zirvəsi hesab olunur.

"Hərb və Sülh" Rusiyanın Fransa tərəfindən istilası dövründə baş vermiş hadisələri və Napoleon erasının Rusiyada Çar cəmiyyətinə təsirini, bu təsirin doğurduğu nəticələri beş zadəgan ailəsinin nümunəsində təsvir edir. Romanın ilkin versiyası 18651867–ci illərdə "Rus Xəbərçisi" qəzetində silsilə şəklində "On il 1805" adı ilə nəşr edilmişdir.


(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


3. Həftə
Qozbel dağ (film, 2005)"Qozbel dağ" (ing. Brokeback Mountain) — Enq Linin 2005-ci ildə ekranlaşdırdığı bədii film. Film iki kovboyun bir-birinə olan sevgi hissləri haqqındadır və bu film tarixində ilk gey-vestern janrında çəkilmiş film hesab edilir. Filmin əsasını Enni Prunun eyniadlı hekayəsi təşkil edir. Filmin ssenari-müəllifi Diana Ossana və Larri Mak Mörtridir. Filmdə əsas rolları Hit Lecer, Ceyk Cillenholl, Enn HeteyMişel Uilyams canlandırmışlar.

Filmin əsasını təşkil edən Enni Prunun eyni adlı hekayəsi, ilk dəfə 13 oktyabr 1997-ci ildə "The New Yorker" jurnalında çap olunmuşdu. Ssenarinin ilk variantı Larri Mak Marti və Diana Ossano tərəfindən hələ 1990-cı illərin sonlarında hazırlanmışdı, ancaq o zaman maliyyə dəstəyi tapmamışdı. Ssenari müəllifləri şəxsən yazıçıdan onun əsərinin adaptasiya hüququnu əldə etmişdirlər.

"Qozbel dağ" filmi bir sıra mükafatlara layiq görülmüşdü ki, onların da içərisində Venesiya Kino Festivalında Qızıl Şir, Qızıl QlobusIndependent Spirit Awards kimi mükafatlar var. (Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


4. Həftə
Titanik — "Uayt Star Layn" (ing. White Star Line) şirkətinə məxsus buxar gəmisi.

Transatlantik səyahətlər üçün tikilmiş "Olimpik" tipinə aid olan üç ekiz-gəmidən biri. Suya buraxıldığı zaman dövrünün ən böyük sərnişin gəmisi. İlk səyahəti zamanı 14 aprel 1912-ci ildə Atlantik okeanında aysberqlə toqquşaraq 2 saat 40 dəqiqə sonra batmışdır. Göyərtəsindəki 1.316 sərnişin və 908 heyət üzvündən yalnız 705 nəfər xilas ola bilmiş, 1.514 nəfər həlak olmuşdur. Titanikin batması nəticəsində insan itkisinin bu qədər böyük olmasına illər boyu müxtəlif səbəblər göstərildi. Ancaq ən əsas səbəb kimi gəmidə olan qayıqların sərnişinlərin sayına hesablanmaması idi.

Titanikdə sərnişin tutumunun 3.547 olmasına baxmayaraq gəmidə 1.178 insanı xilas etdəcək sayda qayıq vardı. Qəza nəticəsində qadınların və uşaqların qayıqlara öncə mindirilməsi, ölənlər arasında kişilərin böyük bir üstünlük təşkil etməsinə səbəb olmuşdur. Titanikin hazırlanmasında dövrünə görə ən muasir texnologiyadan istifadə edilmişdir.

Bir çoxları Titaniki batmaz gəmi adlandırırdı. Bu səbəbədən gəminin xarici görünüşü pozulmasın deyə qayıqlar sərnişinlərin sayına uyğun qoyulmamışdır. Gəminin batması bütün dünyada rezonans yaratdı. Peşəkar gəmi heyyəti, müasir teknika və güclü buxar mühərikkləri ilə təmin olunmuş gəminin batmasını hec kim ehtimal etmirdi. ABŞ dəniz donanmasının istehfada olan dənizçisi Robert Balardın 1985-ci ildə Atlantik okeanının 4.000 metr dərinliyində gəminin qalıqlarını tapması, uzun illərdən sonra dünya mediyasını yenidən hadisə ətrafında cəmlədi.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


5. Həftə
Numerologiya (latın dilində numerus – rəqəm) — rəqəmlərin təkcə riyazi deyil, həm də magik xassələrə malik olduğunu sübut etməyə çalışan elm sahəsi.

Bütün qədim mədəniyyətlərdə "elm""magiya" bir-birindən ayrı tutulmayıb. Buna görə də riyaziyyat – numerologiyadan, astronomiyaastrologiyadan, tibbxalq təbabətindən ayrılmayıb, birlikdə fəaliyyət göstərmişlər. Numerologiya qərb mədəniyyətlərində olduğu kimi, şərq mədəniyyətlərində də tətbiq edilir. Reformasiya, yeni sistemlərin tətbiqi, kapitalizm və s. "elm" və "magiya"nı bir-birindən ayırdı. Hazırda "numerologiya" sahəsinə mistik sahə kimi baxılır.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə